Arxiv
8 Yanvar 2021, 18:38 | MEDİA
“Türk Dünyası: Tarixi-Mədəni İrs” atlası çapdan çıxıb - FOTOLAR

Qazaxıstanın paytaxtı Nur-Sultanda “Türk Dünyası: Tarixi-Mədəni İrs” atlası çapdan çıxıb.

 

Modern.az xəbər verir ki, türk dövlətlərinin müstəqilliyinin 30 illiyinə həsr olunan və eyni adlı beynəlxalq konfransda təqdim olunan atlas türkdilli ölkələrin dövlət başçılarının təlimatı əsasında  hazırlanıb. Nadir nəşrə ön sözü Qazaxıstanın Qurucu Prezidenti, Türk Şurasının Fəxri sədri Nursultan Nazarbayev yazıb.

 

Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdırəli bildirib ki, beynəlxalq konfransın da əsas məqsədi müstəqilliyin 30-cu ilində türk xalqlarının dövlətçilik tarixinə yenidən nəzər salmaq, onun tədqiqini yenidən aktuallaşdırmaqdır. Konfrans çərçivəsində təqdim olunan “Türk Dünyası: Tarixi-Mədəni İrs” atlası türk dövlətlərindən olan alimlər tərəfindən hazırlanıb və Uzaq Şərqdən Avropanın mərkəzinə qədər uzanan böyük coğrafiyadakı tarixi mirası əhatə edir. 

 

“Türk Dünyası: Tarixi-Mədəni İrs” atlasında digər türkdilli dövlətlərlə yanaşı Azərbaycanın tarixinə, maddi-mədəni mirasına geniş yer ayrılıb. Burda dünyanın nüfuzlu arxivlərindən və mənbələrindən tarixin müxtəlif dövrlərinə aid nadir xəritələr əks olunub, Qobustan qayaüstü rəsmlərindən tutumuş, Saklar dönəminə aid Mingəçevirdə tapılan qədim tarixi nümunələr, yenicə işğaldan azad etdiyimiz Xudafərin körpüsü, Naxçıvandakı Möminə Xatun türbəsi, Şirvanşahlar sarayı, İrəvandakı Azərbaycana məxsus tarixi Göy Məscid, Qarabağ atları, habelə müxtəlif azərbaycanlı tarixi şəxsiyyətlər barədə məlumatlar və digər önəmli informasiyalar cəmlənib.

 

TÜRKPA-nın baş katibi Altınbek Mamayusupov isə deyib ki, türkdilli dövlətlərə qarşı bəzi xarici qüvvələrin haqsız iddialarını müşahidə etdiyimiz zamanda bu cür fundamental beynəlxalq nəşrlər və toplantılar çox aktualdır.

Türk Şurasının keçmiş Baş katibi Halil Akıncı müasir Sibir, Monqolustan, Qara dəniz və Aralıq dənizinə qədər geniş ərazilərdə məskunlaşmış türk xalqlarının zəngin mədəniyyətindən bəhs edib.

 

Azərbaycanın keçmiş xarici işlər naziri Həsən Həsənov isə çıxışında iştirakçıları ilk tarixi və mədəni atlasın nəşri münasibətilə təbrik edib və Türk Akademiyasına təşəkkürünü bildirib.  “Türk xalqlarının gücü birlikdədir. Köklü ortaq tarixi köklərimiz bu gün birliyimizi möhkəm saxlamağımız üçün əsas amildir”, – deyə o bildirib.

 

Qırğızıstanın keçmiş dövlət katibi Osmonakun İbrahimov Türk dünyası və XXI əsrin geosiyasi təhdidlərindən bəhs edərək, “Türk Dünyası: Tarixi-Mədəni İrs” atlasının nəşrinin vacib bir addım olduğunu qeyd edib.

Frankfurt Universitetinin professoru İrina Nevskaya konfrans iştirakçılarını Türk dövlətlərinin müstəqilliyinin 30-cu ildönümü münasibətilə təbrik edib, atlasın əhəmiyyətindən danışıb və qədim türk kitabələrinin əsas xüsusiyyətləri və yayılma coğrafiyası barədə məruzə edib.

 

Türkdilli dövlətlərin müstəqilliyinin 30 illiyinə həsr olunan, dünyanın 20-dən artıq ölkəsindən iştirakçıların qatıldığı beynəlxalq konfransda Qazaxıstandakı diplomatik korpusun təmsilçiləri, Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov, Türkiyə səfiri Ufuk Ekici, Macarıstan səfiri, senat üzvləri, görkəmli ictimai və dövlət xadimləri, tanınmış türkoloq və mütəxəssislər iştirak ediblər.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əli Əsədov Türkiyəyə dəvət olundu 21 Yanvar 2021, 19:24 Azərbaycanla Türkmənistan daha da yaxınlaşdılar - Təhlil 21 Yanvar 2021, 19:19 Bakı metrosunun nə zaman fəaliyyətə başlayacağı məlum oldu 21 Yanvar 2021, 19:10 Bahar Muradova İordaniya səfiri ilə görüşdü 21 Yanvar 2021, 19:02 Reza Deqati Azərbaycanla bağlı keçirilən vebinarda çıxış edib 21 Yanvar 2021, 18:54 Kəlbəcərin Kəndyeri kəndi - VİDEO 21 Yanvar 2021, 18:45 Bakı Şəhər Prokurorluğunun 8 əməkdaşı cəzalandırıldı 21 Yanvar 2021, 18:36 Polis əməliyyat keçirdi - 14 kq narkotik dövriyyədən çıxarıldı 21 Yanvar 2021, 18:27 Naxçıvanda da Medianın İnkişafı Agentliyi yaradıldı 21 Yanvar 2021, 18:19 Bu ölkələrdən Azərbaycana quş ətinin idxalına qadağa qoyuldu 21 Yanvar 2021, 18:10 İndoneziyada 7,1 bal gücündə zəlzələ olu 21 Yanvar 2021, 18:02 Ötən il Azərbaycanda oğurlanan maşınların SAYI 21 Yanvar 2021, 17:56 Pakistan ballistik raketini sınaqdan keçirdi 21 Yanvar 2021, 17:50 Şoyqu Ermənistanın müdafiə naziri ilə DANIŞDI 21 Yanvar 2021, 17:45 Rusiyalı media maqnatı: “Paşinyan adi icevanlı çobandır” 21 Yanvar 2021, 17:39 Daxili Qoşunların yaralanan hərbçisi bu gün şəhid oldu 21 Yanvar 2021, 17:35 Baydenin komandasında kimlər var? - SİYAHI 21 Yanvar 2021, 17:29 Cavad Zərifin Azərbaycana səfər tarixi və proqramı AÇIQLANDI 21 Yanvar 2021, 17:23 Bu ölkə turistlərdən koronavirus pasportu tələb etməyəcək 21 Yanvar 2021, 17:17 ADU-nun Şəhid tələbəsi haqqında kitab çap olundu 21 Yanvar 2021, 17:14 Bu günün yoluxma sayı - ölüm azaldı 21 Yanvar 2021, 17:08 Vətən müharibəsində 8 mədəniyyət işçisi şəhid olub - 10 nəfər yaralanıb 21 Yanvar 2021, 17:02 20 Yanvar faciəsi ilə bağlı məlumatlar yapon dilində  21 Yanvar 2021, 17:00 O dünyadan xəbər var... 21 Yanvar 2021, 16:56 Lavrov ATƏT-in sədri ilə görüşəcək 21 Yanvar 2021, 16:54 Nazirlik hansı şagirdlərin sinifdə qalacağına aydınlıq gətirdi 21 Yanvar 2021, 16:48 Xəzər mehriban qonşuluq, əməkdaşlıq dənizidir - İlham Əliyev 21 Yanvar 2021, 16:42 Küçədən tapılan 12 yaşlı qız ailəsinə verildi 21 Yanvar 2021, 16:36 Səhiyyə komitəsi “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi hazırlayacaq 21 Yanvar 2021, 16:30 Məktəblilər bu tarixdə qış tətilinə çıxacaq 21 Yanvar 2021, 16:24 İki türk dövlətinin “Dostluq” anlaşması - TƏHLİL 21 Yanvar 2021, 16:18 İlham Əliyev: Bu gün biz Türkmənistanla çox mühüm addım atırıq - YENİLƏNİB 21 Yanvar 2021, 16:15 “Universitetlərdə bu qədər müəllimə ehtiyac yoxdur” - Rektordan etiraz 21 Yanvar 2021, 16:12 Füzulinin Dördçinar kəndindən VİDEO 21 Yanvar 2021, 16:06 “Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir    21 Yanvar 2021, 16:00