Modern.az

Azərbaycanda koronaviruslu xəstələrin sayı minimuma endi: 21 ölüm

Azərbaycanda koronaviruslu xəstələrin sayı minimuma endi: 21 ölüm

9 Yanvar 2021, 17:01

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 633 yeni yoluxma faktı qeydə alınıb, 1682 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 224050 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 207088 nəfər müalicə olunaraq sağalıb, 2890 nəfər vəfat edib, aktiv xəstə sayı 14072 nəfərdir.

 

Ölkədə son sutka ərzində 9264 hazırkı dövrədək isə 2259555 test aparılıb.

 

 

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq