Modern.az

Moskva görüşündən xəbər var: Putin növbəti addımları açıqladı - VİDEO

Moskva görüşündən xəbər var: Putin növbəti addımları açıqladı - VİDEO

11 Yanvar 2021, 15:18

Rusiya prezidenti Vladimir Putin Qarabağ münaqişəsinin həlli ilə bağlı növbəti addımların atılacağını deyib.

Modern.az xəbər verir ki, o, bu barədə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla görüşdə deyib.

"Münaqişənin həlli ilə bağlı növbəti addımları: sülhməramlılar və sərhədlərin demarkasiyasını müzakirə etməliyik".

 

XXX

Rusiya prezidenti Azərbaycan və Ermənistan rəhbərlərinə Moskvada görüş keçirməyə razı olduqları üçün təşəkkür edib. O hər iki ölkə ilə əməkdaşlıq və mehriban qonşuluq siyasətinə önəm verdiyi əlavə edib.

"Qarabağla bağlı razılaşmalar ardıcıllıqla icra olunur. Münaqişənin hərtərəfli həlli üçün əlverişli şərait yaranıb".

Rusiya lideri Qarabağdakı vəziyyəti sabit qiymətləndirib. 

 

XXX

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskva görüşü başlayıb.

Modern.az xəbər verir ki, görüş bağlı qapılar arxasında keçirilir.

 

Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında görüşdən sonra danışıqların nəticəsi olaraq press-reliz yayımlanacaq.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?