Modern.az

Həbs edilən icra başçısının oğluna yeni VƏZİFƏ verildi

Həbs edilən icra başçısının oğluna yeni VƏZİFƏ verildi

Hadisə

13 Yanvar 2021, 15:24

Baş prokuror Kamran Əliyev Ağstafa rayonunun həbs edilən sabiq icra başçısı Nizaməddin Quliyevin oğlu Ramal Quliyevə yeni vəzifə verib.

Baş Prokurorluğun mətbuat xidməti yayılan məlumatı Modern.az-a təsdiqləyib.

Bildirlib ki, R.Quliyev baş prokuror Kamran Əliyevin əmri ilə Quba rayon prokurorunun köməkçisi təyin edilib.

Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı olmuş Ramal Quliyev atasının həbsindən sonra, ötən ilin mayında öz ərizəsi ilə sabiq baş prokuror Zakir Qaralovun əmri ilə tutduğu vəzifədən azad edilmişdi.

 
Ağstafa rayon sabiq icra başçısı Nizaməddin Quliyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib. Onun barəsində istintaq yekunlaşıb və hazırda işə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Bağırovun sədrliyi ilə baxılır.

Qeyd edək ki, Nizaməddin Quliyev və müavini Ramiz Tatarov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham edilirlər. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir