Modern.az

Ərdoğanla Putin Qarabağda qurulan Monitorinq Mərkəzini müzakirə etdi

Ərdoğanla Putin Qarabağda qurulan Monitorinq Mərkəzini müzakirə etdi

Dünya

13 Yanvar 2021, 16:36

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb


Xəbərdə bildirlir ki, Putin Ərdoğanı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 10 noyabr 2020-ci il tarixdə imzalanmış bəyanatın icrası və 11 yanvar 2021-ci ildə Moskvada keçirilmiş üçtərəfli görüşün təfərrüatları barədə məlumatlandırıb.

Putin bildirib ki, Dağlıq Qarabağ ətrafında vəziyyətin ümumi sabitləşməsini nəzərə alaraq, bu istiqamətdə bir sıra vacib addımlar barədə razılığa gəlmək mümkün oldu. O, bu addımların bölgənin iqtisadi inkişafı və qarşılıqlı faydalı layihələrin təşviqi baxımından mühüm olduğunu vurğulayıb.

V.Putin və R.T.Ərdoğan Ağdamda qurulan atəşkəsə nəzarət üçün Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzi və Qarabağdakı hərbi fəaliyyətləri də müzakirə ediblər.

R.T.Ərdoğan Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki səylərini dəstəkləyib, Türkiyə və Rusiyanın birgə koordinasiyasının tərəfdarı olduğunu vurğulayıb.

Müzakirə zamanı qarşılıqlı ticarətin həcminin artırılması, əsas sahələrdə əməkdaşlığın genişləndirilməsi, eyni zamanda  peyvəndlərin birgə istehsalı və istifadəsi planlarının icrası da daxil olmaqla koronavirus pandemiyasına qarşı mübarizə məsələlərinə xüsusi diqqət yetirilib.

Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan bir-birlərini Yeni il münasibətilə təbrik ediblər və Rusiya ilə Türkiyə arasındakı çoxşaxəli tərəfdaşlığın önümüzdəki ildə daha da inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər. Müxtəlif səviyyələrdə müntəzəm dialoqun aparılması barədə razılığa gəlinib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür