Modern.az

Tramp iki dəfə impiçment edilən ilk prezident oldu

Tramp iki dəfə impiçment edilən ilk prezident oldu

14 Yanvar 2021, 09:13

Xəbər verildiyi kimi, ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın impiçmentinə səs verib.

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, impiçment yeganə maddəyə - qiyama çağırışa görə elan edilib.

Prezidentin impiçmentinin lehinə 232, əleyhinə 197 Konqres üzvü səs verib, 5 nəfər isə səs verməyib. Qətnamədə deyilir ki, dövlət başçısının hərəkətləri konstitusiya üzrə “ağır cinayətlər və əməllər” anlayışına uyğun gəlir.

Beləliklə, bu qərardan sonra Donald Tramp barəsində iki dəfə impiçment elan edilmiş ilk prezident kimi ABŞ tarixinə düşüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir