Modern.az

Ukrayna: Azov dənizində Rusiyaya məxsus 21 tanker vurulub

Ukrayna: Azov dənizində Rusiyaya məxsus 21 tanker vurulub

Dünya

Bu gün, 13:16

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Azov dənizində Rusiyaya məxsus 21 tankerin, eləcə də digər yük və yardım gəmilərinin vurulduğunu açıqlayıb.

Modern.az xəbər verir ki, məlumatda iyulun 11-nə keçən gecə Azov dənizinin akvatoriyasında Rusiya donanmasına qarşı zərbələrin endirildiyi bildirilib.

Ukrayna tərəfinin iddiasına görə, zərbə nəticəsində Rusiyanın sanksiyalardan yayınaraq neft və neft məhsullarının daşınmasında istifadə etdiyi 21 tanker hədəfə alınıb.

Bundan əlavə, hərbi logistika, yükdaşımalar və liman infrastrukturunun fəaliyyətinin təmin edilməsində istifadə olunan 4 yedək gəmisi, 2 quru yük gəmisi və 1 dibdərinləşdirən gəminin də vurulduğu qeyd olunub.

Baş Qərargah əməliyyatın nəticələri ilə bağlı əlavə məlumat verməyib. Rusiya tərəfi isə bu iddiaları hələlik şərh etməyib.

Sizə yeni x var
Keçid et
Ukrayna Rusiyanın gəmilərini ard-arda VURDU - ŞOK GÖRÜNTÜLƏR