Modern.az

İran: ABŞ ilə danışıqlar istəməmişik

İran: ABŞ ilə danışıqlar istəməmişik

Dünya

11 İyul 2026, 09:25

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ-la danışıqlar üçün təşəbbüs göstərmədiklərini, lakin vasitəçinin İrana səfərinə razılıq verdiklərini açıqlayıb.

Modern.az xəbər verir ki, Bəqai bu barədə jurnalistlərə açıqlamasında danışıb.

Onun sözlərinə görə, Tehran Vaşinqtonla danışıqlar aparılması üçün heç bir müraciət etməyib. Bununla belə, İran tərəfi vasitəçinin ölkəyə səfər etməsinə razılıq verib.

Bəqai əlavə təfərrüat açıqlamayıb və vasitəçinin kimliyi, eləcə də mümkün təmasların məzmunu barədə məlumat verməyib.

Sizə yeni x var
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi