Modern.az

15 yaşlı türk dünya rekordu qırdı

15 yaşlı türk dünya rekordu qırdı

Dünya

11 İyul 2026, 12:18

Qazaxıstanlı gənc ağır atlet Nurjan Jumabay dünya çempionatında möhtəşəm uğura imza atıb.

Modern.az xəbər verir ki, Almatı vilayətini təmsil edən cəmi 15 yaşlı idmançı Kolumbiyada keçirilən yeniyetmələr arasında dünya çempionatında 88 kq çəki dərəcəsində həm dünya çempionu olub, həm də təkanla qaldırma hərəkətində yeni dünya rekordu müəyyənləşdirib.

Nurjan Jumabay yarışın yekununda toplam 348 kiloqram (155 kq qoparma + 193 kq təkanla qaldırma) nəticə göstərərək İspaniya və Meksikadan olan rəqiblərini geridə qoyub.

Bu, gənc ağır atletin karyerasında ilk dünya çempionatı olub. O, debüt yarışında qızıl medal qazanmaqla yanaşı, dünya rekordunu da yeniləyərək böyük uğura imza atıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə Nurjan Jumabayın rekord nəticəni rəsmiləşdirdiyi və çempionluğunu təmin etdiyi anlar əks olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Zelenskiyə ŞOK HÜCUM! - Öldürmək istədilər - Son anda...