Modern.az

Ermənistan Qarabağda yeni müharibəni İSTİSNA EDİR

Ermənistan Qarabağda yeni müharibəni İSTİSNA EDİR

14 Yanvar 2021, 16:15

“Güc tətbiqi münaqişənin yeni mərhələsinə səbəb ola bilər, amma bu, münaqişəni həll etməyəcək”.


Modern.az
xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ara Ayvazyan bildirib. Məsələ ilə bağlı o, parlamentin xarici əlaqələr komitəsi ilə müzakirələr aparıb.

 

“Qarabağ münaqişəsi yalnız hamının hüquqları qorunmaqla siyasi danışıqlar yolu ilə həll oluna bilər. Müharibənin səbəb və nəticələrini aradan qaldırmaqla Cənubi Qafqaz regionuna sülh və barışıq gətirmək olar”- deyə Ayvazyan söyləyib.

 

Ara Ayvazyan Qarabağda yeni müharibənin başlanmasında maraqlı olmadıqlarını əlavə edib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı