Arxiv
17 Yanvar 2021, 00:31 | AKTUAL
İranın ballistik raketi ABŞ gəmisinin həndəvərinə düşdü

İranın İnqilab Keşikçiləri Korpusunun hərbi dəniz təlimləri zamanı buraxdığı uzaqmənzilli ballistik raket Hind okeanında üzən “Nimitz” ABŞ təyyarədaşıyan gəmisinin həndəvərinə düşüb.

 

Modern.az xəbər verir ki, bu haqda ABŞ administrasiyasındakı anonim rəsmi mənbə “Fox News” telekanalına bildirib.

 

Məlumata görə, raketlərdən ikisi “Nimitz” təyyarədaşıyan gəmisinin 160 kilometrliyində partlayıb. Digər raket isə həmin rayonda üzən kommersiya gəmisinə “təhlükəli dərəcədə yaxın” 32 kilometr məsafəyə düşüb. Baxmayaraq ki, İran raketi təyyarədaşıyanın və onu müşaiyət edən gəmilərin göyərtəsindən görünməyib, mənbənin bildirdiyinə görə, qəlpələr kifayət qədər böyük məsafəyə səpələnib.

 

Mənbənin bildirdiyinə görə, İran raketləri təyyarədaşıyandan xeyli aralı düşsə də, ABŞ peyklərdən həmin raketlərin trayektoriyasını izləyirdi və raket buraxılışları barədə əvvəlcədən məlumatlı idi. Mənbə İranın öz hərəkətlərində bu dərəcədə irəli gedə bilməsindən narahatlıq ifadə edib.

 

Bildirilir ki, İnqilab Keşikçiləri Korpusu Hind okeanının şimal hissəsində yerləşən şərti hədəflərə qarşı müxtəlif radiuslu ballistik raketlər tətbiq edib. “Tasnim” agentliyinin məlumatında isə bu təlimlər haqda xəbərdə deyilir ki, İran raketləri 1800 kilometr məsafədən hədəfləri vurub.

 

Ötən il noyabrın 30-da ABŞ “USS Nimitz” təyyarədaşıyan zərbə qruplaşmasını Fars körfəzinə göndərib. Trampın hakimiyyətinin son aylarında ABŞ-la İran arasında gərginlik daha da artıb (virtualaz.org).

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azad edilən ərazilərin torpaq sahələrinin inventarlaşdırılması yekunlaşdı 2 mart 2021, 20:03 Nyu-Yorkdakı Sultan Eyyub məscidində Xocalı soyqırımı qurbanları yad edilib 2 mart 2021, 19:52 ABŞ Navalnıya görə Rusiyaya sanksiya tətbiq etdi 2 mart 2021, 19:45 Almaniya və Niderlanddakı diaspor təşkilatları Xocalı soyqırımı ilə bağlı videokonfrans təşkil etdi 2 mart 2021, 19:38 “Eurovision-2021” məhdud səviyyədə keçiriləcək 2 mart 2021, 19:30 İordaniyadakı Azərbaycan diasporu Xocalı soyqırımı qurbanlarını yad edib 2 mart 2021, 19:22 “Aqrar Tədarük və Təchizat” ASC təlimlərə başlayıb - FOTOLAR 2 mart 2021, 19:15 Azercell müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazanıb 2 mart 2021, 19:08 Bəzi marşrut xətlərinin hərəkət sxemi dəyişdirildi 2 mart 2021, 19:00 Bakının bu ərazilərdə tıxac var - SİYAHI 2 mart 2021, 18:52 Vətən müharibəsi qəhrəmanına təqaüd kartı verildi - FOTOLAR 2 mart 2021, 18:45 Ermənilərin viran etdiyi Füzulinin Üçbulaq kəndi - VİDEO 2 mart 2021, 18:38 Məcburi dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar artıb 2 mart 2021, 18:30 Əfv Komissiyası bu gün 100-dən artıq müraciətə baxıb 2 mart 2021, 18:22 Dolların məzənnəsi sabit qaldı 2 mart 2021, 18:15 Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam İMZALADI 2 mart 2021, 18:08 Ərdoğan Bahçeli ilə görüşdü 2 mart 2021, 18:00 Nazirlik itkin düşən hərbçilərin SİYAHISINI yenilədi 2 mart 2021, 17:55 Qlobal Jurnalistlər Şurasının sədri Mətbuat Şurasında olub - FOTO 2 mart 2021, 17:49 90 yaşlı Qorbaçov: “Həyatımda 2 böyük sevgi olub” 2 mart 2021, 17:43 Vətən müharibəsində şəhid olmuş hərbçilərimizin yeni SİYAHISI 2 mart 2021, 17:41 Hərbi qulluqçuların maaşı artırıldı: 50 və 100 faiz - RƏSMİ 2 mart 2021, 17:37 AZAL ləğv edilən biletlərin taleyi ilə bağlı məlumat YAYDI 2 mart 2021, 17:32 Qasparyanın “kitabı bağlandı” - Paşinyanın planı gerçəkləşir... 2 mart 2021, 17:27 Saxta "general" azadlığa BURAXILDI 2 mart 2021, 17:22 Avropa Birliyi Rusiyaya qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ 2 mart 2021, 17:17 "Quş qripi"nin Azərbaycanda yayılma riski artıb 2 mart 2021, 17:12 Yeni evlərin qazlaşdırılması başa çatdı - FOTOLAR 2 mart 2021, 17:07 Prezidentin mətbuat konfransı beynəlxalq informasiya məkanında böyük rezonans doğurdu - Deputat 2 mart 2021, 17:02 Deputat aylıq hesabat verdi 2 mart 2021, 16:57 Müxalifət Armen Sarkisyandan görüş TƏLƏB EDİR 2 mart 2021, 16:55 “Azərpoçt”a yeni baş direktor təyin olundu - FOTO 2 mart 2021, 16:53 BMU-da Elmi Şuranın iclası keçirilib 2 mart 2021, 16:48 Hərbi vəzifəlilər təlimlərə çağırılır? - Dövlət xidmətindən rəsmi cavab 2 mart 2021, 16:42 Xalq artisti Səkinə İsmayılovaya ağır itki üz verib 2 mart 2021, 16:37