Arxiv
17 Yanvar 2021, 13:28 | MƏDƏNİYYƏT
Qulu Məhərrəmli Yalçın Əlizadədən YAZDI: "Çoxlarından fərqi odur ki, mənəviyyat adamıdır"
Bu gün professor Yalçın Əlizadənin doğun günüdür. Uzun illər Jurnalistika fakültəsinin (BDU) dekanı və kafedra müdiri olub. Çoxlarından fərqi odur ki, əxlaq və mənəviyyat adamıdır, ustad qələm sahibi, radio yaradıcılığının ən gözəl tədqiqatçısı, əsl alim və klassik pedaqoqdur. Tələbkarlığı ilə xeyirxahlığı həmişə yanaşı olub. Onu mənə ən çox sevdirən daim şəxsi ləyaqət hissini qoruması, prinsipiallığı və parlaq şəxsiyyətidir.     Böyür-başımızda yaltaqlığın tüğyan etdiyi, elmi dərəcə, şöhrət, orden-medal, mövqe möhkəmləndirmək üçün qələmə sarılıb vəzifə adamlarına saxta mədhiyyələr yazan əldəqayırma professorların çoxaldığı bir vaxtda Yalçın müəllim həmişə ziyalı qürurunu saxıayıb, yüksək mənlik nümayiş etdirib. Ondan tərif umsalar da oğurluq, rüşvət, korrupsiya hesabına pul və sərvət qazananlara “dövlət adamı” deməyib. Yalnız gerçəyi, doğru olanı deyib və yazıb Yalçın müəllim. Əslində bütün ömrünü namusla yaşayan nəcabətli insanların başqa cür olması da mümkünsüzdür.     Yalçın müəllim ümumən ali məktəb tədrisinin, o cümlədən jurnalistika təhsilinin gözəl bilicisi və bacarıqlı təşkilatçıdır. Vaxtilə ölkənin tanınmış alimlərini və praktik media adamlarını jurnalistika fakültəsundə dərs deməyə cəlb etməklə tələbələrdə fərqli maraq yarada bilirdi. Məni də əvvəlcə saathesabı dərs deməyə, sonra isə ştata Yalçın müəllim dəvət etmişdi. 1998-ci ildə mənim ştatla müəllimliyə könlümün olmadığını görəndə o vaxt rektoru əvəz edən çox böyük alim və qiymətli insan kimi tanıdığım akademik Bəhram Əsgərovu işə qoşmuşdu...     Professor Yalçın Əlizadə o adamdır ki, indiki mənəviyyat böhranı şəraitində insanın şəxsiyyət və ləyaqətinin hər cür vəzifədən yüksək olduğunu dəfələrlə nümayiş etdirib. Həmişə ictimai əxlaqı üstün tutub, sümüksüz və onurğasız “ziyalılar”dan fərqli olaraq bu əxlaqa uyğun gəlməyən hər hansı davranışa sərt şəkildə “yox” deyə bilib.     O, vəzifə və mənsəb xatirinə haqsızlığın, kobudluğun, ədəbsizliyin qarşısında susmayıb. Bir neçə il əvvəl BDU-da önəmli yubiley toplantısında Yalçın müəllimin çox ağayana və ləyaqətli davranışının şahidi oldum. Həmin toplantıda çıxış edərkən rektorun yekəxana və kobud iradını Yalçın müəllim qəbul etmədi. Nəzakətlə, təmkinini pozmadan acı yumorla rektorun cavabını verdi. Ertəsi gün isə ərizə yazaraq dekanlıqdan və kafedra müdiri vəzifəsindən imtina etmişdi. Onu dilə tutmağın xeyri olmamışdı-adam vəzifəni yox, QÜRURU və şəxsi LƏYAQƏTİ seçmişdi.     Professorun bu qürurlu addımı ilə təəssüf ki, fakültənin tarixində ciddi bir mərhələ bitmiş oldu. Bundan sonra diletantlara və mənəviyyat dəllallarına yol açıldı, fakültənin nizamı da xeyli pozuldu.. Yaxşı ki indi vəziyyət dəyişir, çünki yenə də sükan arxasında Yalçın müəllimin əlindən su içənlərdir!     Doğum gününüz mübarəkdir, Yalçın müəllim! Televiziya və radio yaradıcılığının inkişafı, media sahəsi, jurnalistika elmi, jurnalistika təhsili üçün gördüyünüz böyük işlər heç vaxt unudulmayacaq... Bir də jurnalist üçün vacib olan mənəvi keyfiyyətlər-şərə müqavimət, ruhun diriliyi və əxlaqi bütövlük sahəsində şəxsi nümunəniz həmişə yaddaşlarda qalacaq!     Qulu Məhərrəmli  Proffesor              
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Paytaxtda piyadanı maşın vurdu 4 mart 2021, 00:38 Teledərslərin bu günə olan CƏDVƏLİ 4 mart 2021, 00:31 Şəmkirdə 16 yaşlı qız ikinci mərtəbədən yıxıldı 4 mart 2021, 00:20 Bakıda iki maşın toqquşdu - xəsarət alan var 4 mart 2021, 00:08 Türkiyədə bir gündə virusdan 65 nəfər öldü 3 mart 2021, 23:59 Vazgen Manukyana cinayət işi açıldı 3 mart 2021, 23:47 Qori seminariyasının kiçik modeli - Uluxanlı məktəbi 140 yaşında 3 mart 2021, 23:40 Neft bahalaşdı 3 mart 2021, 23:33 Snayperlər Paşinyanı belə qoruyur - VİDEO 3 mart 2021, 23:20 Portuqaliya - Azərbaycan matçı “Yuventus”un stadionunda keçiriləcək 3 mart 2021, 23:03 “Çoxdandır Mübariz İbrahimovun filmini çəkmək istəyirdim” - “Kurtlar Vadisi”nin rejissoru 3 mart 2021, 22:49 Ölkədə bu tarixlərdə ictimai nəqliyyat işləməyəcək - RƏSMİ 3 mart 2021, 22:34 Azərbaycan vətəndaşlarının İrana giriş şərtləri açıqlandı 3 mart 2021, 22:29 Özünü 17-ci mərtəbədən atan yeniyetmə sağ qaldı 3 mart 2021, 22:17 Azərbaycanda vəfat edənlərin yaş kateqoriyaları açıqlandı 3 mart 2021, 22:06 Komitə sədri bir qrup tanınmış və yeni nəsil yazarı ilə görüşdü - FOTO 3 mart 2021, 21:54 Lənkəranda oğul atasını bıçaqladı 3 mart 2021, 21:45 Dilavər Əzimli dəfn olundu - FOTO 3 mart 2021, 21:32 Oğuzda piyadanı maşın vurdu 3 mart 2021, 21:23 Hakim olmaq istəyən hüquqşünaslar imtahandan keçdilər 3 mart 2021, 21:14 Göyçay sakini dəm qazından boğuldu - FOTO 3 mart 2021, 21:00 “Neftçi” autsayderə qalib gəldi 3 mart 2021, 20:48 OPEC+ hasilatla bağlı razılaşa bilmədi 3 mart 2021, 20:39 Çavuşoğlu Müslüm Gürsəslə bağlı xatirələrindən danışdı – VİDEO 3 mart 2021, 20:26 Prokurorluq Mübariz Mənsimovun azadlığa buraxılmasını tələb etdi 3 mart 2021, 20:12 Gədəbəydə gənc qadın özünü asdı 3 mart 2021, 20:03 Bu ölkədə koronavirusla bağlı məhdudiyyətlər Ramazan ayınadək uzadılıb 3 mart 2021, 19:47 Anar Kərimov azərbaycanlı incəsənət xadimləri ilə İstanbulda görüşdü 3 mart 2021, 19:30 General Nadim Raza: Azərbaycanın Zəfəri Pakistanda da eyni istəklə qeyd olundu 3 mart 2021, 19:26 Hərbçilərə əlavələr nə vaxt ödəniləcək? - Rəsmi cavab 3 mart 2021, 19:20 Vaksinasiya olunmaq istəməyən müəllimləri nə gözləyir? - AÇIQLAMA 3 mart 2021, 19:11 “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub 3 mart 2021, 19:09 "Bakcell Arena"da işıqlar söndü, oyun yarımçıq dayandırıldı 3 mart 2021, 18:55 Bakıda 20 min müəllim və texniki işçi vaksinasiyadan keçəcək 3 mart 2021, 18:46 Balakəndə itkin düşən azyaşlı tapıldı 3 mart 2021, 18:40