Modern.az

Türkiyədə batan rus gəmisində 4 meyit tapıldı

Türkiyədə batan rus gəmisində 4 meyit tapıldı

17 Yanvar 2021, 16:58

Türkiyədə batan gəmidə 4 meyit tapılıb, 6 nəfər xilas edilib.

 

Modern.az-ın xəbərinə görə,  Bartın Valisi Sinan Güner, Qara dənizdə  batan gəmidəki digər heyətin də xilas olunma işləri davam edir.

 

“Arvin” adlı gəminin Qara dəniz vasitəsilə Gürcüstandan Bolqarıstana üzdüyünü bildirən valinin sözlərinə görə, yüklü gəmi fırtınaya düşdüyü üçün yardım almaq məqsədilə Türkiyədə Bartın limanına girmək istəyib:

 

“Liman kiçik olduğu üçün gəmi sahilə yan almaq üçün gözləmə vəziyyətində olub və o anda qəzaya uğrayıb. Gəmi Türkiyəyə məxsus olmadığı üçün və çətin hava şəraitində ilkin mərhələdə gəminin Rusiyaya məxsus olduğunu təxmin etdik, sonradan Palau bayraqlı gəminin tərkibindəki heyətin Ukrayna vətəndaşları olduğunu öyrəndik” - deyə vali bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər