Modern.az

Türkiyə-Azərbaycan birgə təlimləri Ermənistanı QORXUYA SALDI

Türkiyə-Azərbaycan birgə təlimləri Ermənistanı QORXUYA SALDI

Hadisə

18 Yanvar 2021, 11:27

Planlaşdırılan Azərbaycan-Türkiyə birgə hərbi təlimləri Ermənistanı qorxuya salıb.

Modern.az xəbər verir ki, Qars bölgəsində keçiriləcək təlimlər 1 fevraldan 12 fevrala kimi davam edəcək.

 

Təlimlərdə müxtəlif qoşunlarının koordinasiyalı hücum və müdafiə əməliyyatları müzakirə olunacaq. Hərbi tədbirə tank, artilleriya, xüsusi təyinatlı qüvvələr və snayperlər cəlb olunacaq.

Qarabağda aldığı sarsıdıcı məğlubiyyət nəticəsində dərin hərbi-siyasi və iqtisadi böhrana düşən rəsmi Yerevan məsələyə rəsmi münasibət bildirməyib.

Amma ölkə mətbuatı Ermənistan sərhədlərinə yaxın ərazidə keçiriləcək hərbi təlimlərin ciddi narahatlığa səbəb olduğunu yazır. Buna baxmayaraq, Ermənistan XİN-nə təlimlərlə bağlı rəsmi açıqlama vermək qadağan olunub.

 

Birgə təlimlərin son illər ərzində keçirilən ən miqyaslı hərbi tədbir olacağı gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü