Arxiv
22 Yanvar 2021, 13:57 | AKTUAL
Niyazi Bayramov şəhid və qazi ailələrinin problemləri ilə maraqlanıb

Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə xüsusi diqqət və qayğı göstərilir. Dövlət başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq Gəncədə də şəhid və qazi ailələrinin mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.

 

Modern.az xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edir, qazilər və erməni terroru nəticəsində zərər görən sakinlərlə görüşür, onların qayğıları ilə maraqlanır.

 

Niyazi Bayramov həftə ərzində daha bir neçə şəhidin yaxınlarını ziyarət edərək onlara başsağlığı verib, səbr diləyib. Görüşdə şəhidlərin keçdikləri döyüş yolundan, onlarla bağlı xatirələrdən danışılıb. İcra başçısı şəhid yaxınlarını narahat edən məsələlərlə maraqlanıb, ailə üzvlərinin şikayət və təkliflərini dinləyib.

 

Bununla yanaşı Niyazi Bayramovun tapşırığı əsasında şəhər icra hakimiyyətinin vəzifəli şəxsləri də müntəzəm olaraq şəhid ailələrini ziyarət edirlər.

 

Vətən müharibəsində iştirak edərək sağlanmlığını itirən qazilər də diqqətdə saxlanılırlar. Şəhər rəhbərliyi həftə ərzində bir neçə qazi ilə görüşərək, onlarla söhbət edib. Görüşdə Azərbaycan Ordusunun düşmən üzərindəki inamlı qələbəsindən, əsgər və zabitlərimizin qəhrəmanlığından söz açılıb. Niyazi Bayramov Qarabağ qazilərinin problemləri ilə də maraqlanıb, onları narahat edən məsələlərin qısa müddət ərzində həll edilməsi üçün müvafiq tapşırıqlar verib. 

 

Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində zərər çəkən sakinləri də narahat edən məsələlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlər görülür. Mürcaiətləri əsasında erməni vəhşiliyinin qurbanı olan sakinlərlə görüşən Niyazi Bayramov bildirib ki, Erməni terroru nəticəsində zərərçəkən sakinlərin bütün zəruri ehtiyacları dövlət tərəfindən qarşılanır. Həmin şəxslərə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq yardımlar göstərilib və göstərilir. 

 

Onları narahat edən məsələlərin tezliklə həll olunacağına ümid etdiklərini bildirən şəhd yaxınları, qazi və sakinlər, göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Paytaxtda piyadanı maşın vurdu 4 mart 2021, 00:38 Teledərslərin bu günə olan CƏDVƏLİ 4 mart 2021, 00:31 Şəmkirdə 16 yaşlı qız ikinci mərtəbədən yıxıldı 4 mart 2021, 00:20 Bakıda iki maşın toqquşdu - xəsarət alan var 4 mart 2021, 00:08 Türkiyədə bir gündə virusdan 65 nəfər öldü 3 mart 2021, 23:59 Vazgen Manukyana cinayət işi açıldı 3 mart 2021, 23:47 Qori seminariyasının kiçik modeli - Uluxanlı məktəbi 140 yaşında 3 mart 2021, 23:40 Neft bahalaşdı 3 mart 2021, 23:33 Snayperlər Paşinyanı belə qoruyur - VİDEO 3 mart 2021, 23:20 Portuqaliya - Azərbaycan matçı “Yuventus”un stadionunda keçiriləcək 3 mart 2021, 23:03 “Çoxdandır Mübariz İbrahimovun filmini çəkmək istəyirdim” - “Kurtlar Vadisi”nin rejissoru 3 mart 2021, 22:49 Ölkədə bu tarixlərdə ictimai nəqliyyat işləməyəcək - RƏSMİ 3 mart 2021, 22:34 Azərbaycan vətəndaşlarının İrana giriş şərtləri açıqlandı 3 mart 2021, 22:29 Özünü 17-ci mərtəbədən atan yeniyetmə sağ qaldı 3 mart 2021, 22:17 Azərbaycanda vəfat edənlərin yaş kateqoriyaları açıqlandı 3 mart 2021, 22:06 Komitə sədri bir qrup tanınmış və yeni nəsil yazarı ilə görüşdü - FOTO 3 mart 2021, 21:54 Lənkəranda oğul atasını bıçaqladı 3 mart 2021, 21:45 Dilavər Əzimli dəfn olundu - FOTO 3 mart 2021, 21:32 Oğuzda piyadanı maşın vurdu 3 mart 2021, 21:23 Hakim olmaq istəyən hüquqşünaslar imtahandan keçdilər 3 mart 2021, 21:14 Göyçay sakini dəm qazından boğuldu - FOTO 3 mart 2021, 21:00 “Neftçi” autsayderə qalib gəldi 3 mart 2021, 20:48 OPEC+ hasilatla bağlı razılaşa bilmədi 3 mart 2021, 20:39 Çavuşoğlu Müslüm Gürsəslə bağlı xatirələrindən danışdı – VİDEO 3 mart 2021, 20:26 Prokurorluq Mübariz Mənsimovun azadlığa buraxılmasını tələb etdi 3 mart 2021, 20:12 Gədəbəydə gənc qadın özünü asdı 3 mart 2021, 20:03 Bu ölkədə koronavirusla bağlı məhdudiyyətlər Ramazan ayınadək uzadılıb 3 mart 2021, 19:47 Anar Kərimov azərbaycanlı incəsənət xadimləri ilə İstanbulda görüşdü 3 mart 2021, 19:30 General Nadim Raza: Azərbaycanın Zəfəri Pakistanda da eyni istəklə qeyd olundu 3 mart 2021, 19:26 Hərbçilərə əlavələr nə vaxt ödəniləcək? - Rəsmi cavab 3 mart 2021, 19:20 Vaksinasiya olunmaq istəməyən müəllimləri nə gözləyir? - AÇIQLAMA 3 mart 2021, 19:11 “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub 3 mart 2021, 19:09 "Bakcell Arena"da işıqlar söndü, oyun yarımçıq dayandırıldı 3 mart 2021, 18:55 Bakıda 20 min müəllim və texniki işçi vaksinasiyadan keçəcək 3 mart 2021, 18:46 Balakəndə itkin düşən azyaşlı tapıldı 3 mart 2021, 18:40