Arxiv
23 Yanvar 2021, 13:15 | AKTUAL
Binəqədidə onlayn inşa müsabiqəsi keçirilib - FOTOLAR

22 yanvar 2021-ci il tarixində Bakı şəhəri İcra  Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Vətən Müharibəsinə” həsr olunmuş “Vətən Müharibəsi-Qarabağ Zəfəri” adlı onlayn inşa müsabiqəsinin Binəqədi turunun 2-ci mərhələsi keçirilib.

 

Modern.az xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd böyüməkdə olan gənc nəslin nümayəndələrinə doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanması,onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması, Azərbaycanın tarixi qələbəsini təbliğ etmək, istedadlı şagirdlərin inşa yazı sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmələri üçün şəraitin yaradılmasıdır. Müsabiqədə Binəqədi rayonu ərazisində fəaliyyət göstərən 32 orta məktəbdən 17 mövzu üzrə 57 şagird iştirak etmiş, onlardan 23 şagird 1-ci mərhələni uğurla başa çatdırmış, 8 şagird 2-ci mərhələyə vəsiqə qazanıb. 

 

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının müavini Sevinc Süleymanova, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, şöbənin baş məsləhətçisi Amal Əsgərov, məktəb direktorları, məktəblərin tarix müəllimləri və sagirdlər iştirak ediblər.

 

Tədbir Azərbaycan xalqının Ümumilli Lideri Ulu Öndər Heydər Əliyevin  və dövlət müstəqilliyimiz, torpaqlarımızın azadlığı uğrunda  canlarından keçən Vətən oğullarının əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsindən və Dövlət himninin səslənməsindən sonra açıq elan edilib. Tədbiri açıq elan edən Binəqədi Rayon İcra Hakimiyyətinin “İctimai-Siyasi və Humanitar Məsələlər” şöbəsinin baş məsləhətçisi Amal Əsgərov müsabiqənin seçim mərhələləri haqqında iştirakçılara ətraflı məlumat verib.

 

Tədbirdə çıxış edən Binəqədi Rayonu İcra Başçısının müavini Sevinc Sülymanova bütün iştirakçılara uğurlar arzu etdi. Bildirdi ki, Binəqədi Rayon İcra Hakimiyyəti bundan sonra da şagirdlər və gənclər arasında vətənpərvərliyin, doğma yurda sevginin, dövlətə sədaqətin təbliği istiqamətində olan layihələrin keçirilməsinə davam edəcək.

 

Daha sonra 2-ci mərhələyə vəsiqə qazanan şagirdlər inşaları ilə çıxış etdi. Müsabiqədə fərqlənən iştirakçılar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq dərəcəli “Diplom” və “Təşəkkürnamə” ilə mükafatlandırılacaqlar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan Ordusunun avtomobil karvanı Qırmızı Bazardan keçdi 2 mart 2021, 01:00 Baş Qərargah Paşinyanı ittihamlara son qoymağa çağırdı 2 mart 2021, 00:47 Gəncədə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirildi 2 mart 2021, 00:33 “Ağ Şəhər yalnız ağ adamlar üçün”dür? - Agentlikdən açıqlama 2 mart 2021, 00:19 Bu gün Od çərşənbəsidir 2 mart 2021, 00:05 İlham Əliyevin mətbuat konfransı Gürcüstan KİV-lərində 1 mart 2021, 23:56 İnstaqramda yeni funksiya yaradılır 1 mart 2021, 23:41 Türkiyədə bir gündə 69 nəfər virusdan öldü 1 mart 2021, 23:27 Paytaxtda daha bir bıçaqlanma 1 mart 2021, 23:19 Bir başqa 26 fevral... 1 mart 2021, 23:11 “Dəyişikliklər nə gülməli, nə də ağlamalıdır” - Deputat 1 mart 2021, 23:03 Ermənistan Dağlıq Qarabağdan vaz keçib - ŞƏRH 1 mart 2021, 22:54 Ərdoğan koronavirusla bağlı qadağaların ləğvindən danışdı 1 mart 2021, 22:49 Bakıda yanğın - 25 nəfər təxliyə olundu 1 mart 2021, 22:35 Erməni əsirliyindən xilas edilən qazimiz evinə döndü - VİDEO 1 mart 2021, 22:28 Çin KİV-ləri İlham Əliyevin vaksinlə bağlı fikirlərindən yazdı 1 mart 2021, 22:15 Qasparyanın qızından Paşinyana cavab: “Fərari” 1 mart 2021, 22:01 Bakıda qadın bıçaqlandı 1 mart 2021, 21:47 “Qarabağ bəyanatına zidd hər hansı addım böyük faciəyə səbəb ola bilər” - Valentina Matviyenko 1 mart 2021, 21:33 Gürcüstan COVAX-ı məhkəməyə verə bilər 1 mart 2021, 21:18 Paşinyan ən böyük satqının adını AÇIQLADI 1 mart 2021, 21:04 BMT ilə Azərbaycan arasında yeni əməkdaşlıq sazişi imzalandı - FOTO 1 mart 2021, 20:53 Qazilərin müalicəsi üçün İsraildən həkim heyəti gəldi - FOTO 1 mart 2021, 20:45 Sürücülərin nəzərinə! - Bu yolda hərəkət məhdudlaşdırılacaq 1 mart 2021, 20:34 Sarkisyan ordunu hakimiyyətin üzərinə qaldırır - Paşinyandan eks-prezidentə ittiham 1 mart 2021, 20:25 Pandemiya ilə bağlı nöqsanlar ən çox bu rayonda aşkarlandı 1 mart 2021, 20:11 Vilayət Eyvazovdan yeni təyinat 1 mart 2021, 20:04 Azərbaycanda zəlzələ olub 1 mart 2021, 19:45 Ermənistanda referendum keçiriləcək - Paşinyandan ANONS 1 mart 2021, 19:37 Azərbaycan Belarusla hərbi əməkdaşlığı müzakirə edib 1 mart 2021, 19:16 Paşinyan erməni xalqından ÜZR İSTƏDİ 1 mart 2021, 19:10 Soydaşlarımız Almaniya Bundestaqını Xocalı soyqırımını tanımağa çağırıb 1 mart 2021, 18:54 Prezident oğlunu işdən azad etdi 1 mart 2021, 18:51 Xocalı Soyqırımı dünya mediasında 1 mart 2021, 18:39 Ceyhun Bayramov Özbəkistan səfiri ilə görüşüb 1 mart 2021, 18:36