Arxiv
23 Yanvar 2021, 16:55 | AKTUAL
Məişətdə yanğın baş verməməsi üçün nə edilməlidir?

Fövqəladə Hallar Nazirliyi məişətdə yanğın baş verməməsi üçün edilməli olan məqamları açıqlayıb.

 

Modern.az nazirliyə istinadən xəbər verir ki, mərkəzləşdirilmiş isitmə sistemi nəzərdə tutulmayan binalarda, həmçinin fərdi evlərdə mənzillərin isidilməsi üçün elektrik və qaz cihazlarından, eləcə də müxtəlif yanacaqla, o cümlədən odunla işləyən sobalardan istifadə edilir.

 

Bu cihaz və sobalardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunması ciddi məsuliyyət tələb edir. Belə ki, yanğınlar, əsasən, odla ehtiyatsız davranış səbəbindən, məişətdə istifadə edilən elektrik qızdırıcı, təbii və mayeləşdirilmiş qaz ilə işləyən cihazların, həmçinin odun sobalarının istismarı qaydalarına düzgün əməl edilmədikdə baş verir.

 

Elektrik təsərrüfatında yanğınların əsas səbəbi elektrik dövrəsinin artıq yüklənməsi və qısaqapanmadır. Elektrik naqilləri məişət elektrik cihazlarının nominal gücünə uyğun seçilməlidir. Əks halda, elektrik naqili həddindən artıq qızar, nəticədə naqilin izolyasiyası keyfiyyətini tədricən itirər, bu da öz növbəsində elektrik təsərrüfatında qəzaya və yanğının baş verməsinə səbəb olar. Bir yuvaya bir neçə elektrik cihazının qoşulması da belə bir hala gətirib çıxara bilər. Qısaqapanma izolyasiyası olmayan və ya izolyasiyası zədələnmiş naqillərin bir-birinə toxunması nəticəsində baş verir. Bu zaman naqillər o qədər qızır ki, metal damarlar əriyərək qığılcım yaradır və bitişik yana bilən konstruksiyalarda yanğının başlamasına səbəb olur. Qeyd olunan səbəblərdən baş verə biləcək yanğınların qarşısını almaq üçün müəyyən yükə hesablanmış əriyən qoruyucu və ya avtomat açar quraşdırılmalıdır.

 

Məişətdə işlədilən qaz cihazlarından törənən yanğınların əsas səbəbi boru xətlərinin birləşmə yerlərində kipliyin pozulması, qaz cihazına qoşulmada standartlara uyğun olmayan rezin və digər materiallardan istifadə edilməsidir. Nəzərə almaq lazımdır ki, mayeləşdirilmiş qaz təbii qazdan daha çox yanğın təhlükəli xassələrə malikdir. Propan qaz balonları qızdırıcı cihazlardan ən azı bir metr kənarda yerləşdirilməli, gün şüaları və mexaniki təsirlərdən qorunmalı, zirzəmidə saxlanılmasına yol verilməməlidir. Qaz sızmasını hiss etdikdə ümumi qaz kranını bağlamaq, mənzilin havasını təmizləmək üçün qapı-pəncərələri açaraq hava cərəyanı yaratmaq lazımdır. Bu zaman mənzillərdə elektrik işlədicilərini dövrəyə qoşmaq və ya ayırmaq olmaz.

 

Qış mövsümündə evlərdə bərk yanacaqla işləyən sobalardan da istifadə olunur. Sobalar yanmayan və istilik keçirməyən altlıqlar üzərində qurulmalı, onun qalama qapısı önündə 70x50sm ölçüdən kiçik olmayan metal təbəqə döşəməyə bərkidilməlidir. Tüstü borusu tavan hissədən keçdikdə yanmayan və istilik keçirməyən materiallarla yanar konstruksiyalardan təcrid olunmalı, borunun tüstü çıxan sonluğu evin dam hissəsindən ən azı 70sm hündürlükdə quraşdırılmalıdır. Qalanmış sobanı nəzarətsiz və ya azyaşlıların nəzarəti altında qoymaq qadağandır. Sobanın ətrafinda odun qurutmaq, sobaya həddən artıq odun atmaq, sobaları tezalışan mayelərlə qalamaq qəti qadağandır. Sobaların, qaz cihazlarının üstündə və bilavasitə yaxınlığında paltar qurutmaq təhlükəlidir.

 

Məişətdə yanğın baş verdikdə təhlükəsizliyi təmin etmək üçün aşağıdakı qaydalara əməl edilməlidir:

 

FHN-in “112” qaynar telefon xəttinə məlumat verin;

 

odsöndürücü balon və ya əl altında olan digər vasitələrlə (su, qum, palaz, keçə və s.) yanğını söndürməyə çalışın;

yanğının şiddətlənməməsi üçün qapı və pəncərələri bağlayın;

mümkündürsə, elektrik və qaz cihazlarını söndürün;

ağız və burnunuzu nəm dəsmal, şərf, paltar və s. ilə tutaraq tüstüdən qorunun;

yan otaqdakı tüstüdən qorunmaq üçün qapı ətrafındakı boşluqları nəm əski ilə tutun;

döşəməyə yaxın ərazidə tüstü daha az olduğundan əyilərək və ya sürünərək hərəkət edin;

yanğın gücləndikdə sənəd və digər vacib əşyaları götürüb dərhal bayıra çıxın;

uşaqlara, ahıl və köməyə ehtiyacı olanlara mənzili tərk etməkdə kömək edin;

mənzili tərk etmək mümkün deyilsə, eyvanda və ya pəncərənin yanında dayanaraq yanğınsöndürənləri gözləyin;

xilas olmaq üçün yuxarı mərtəbədən aşağı tullanmayın;

liftdən istifadə etməyin;

qonşuları xəbərdar edin.

Yanğının nəticələri kədərlidir. Yanğın əmlakın itirilməsinə səbəb olmaqla, həyata təhlükədir. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azad edilmiş ərazilərdə “ağıllı şəhərlər”, “ağıllı kəndlər” sistemi yaratmağı planlaşdırırıq - Prezident 25 Fevral 2021, 20:16 “Ermənistandakı çevriliş cəhdini qınayırıq” - Türkiyə prezidentinin sözçüsü 25 Fevral 2021, 20:05 Peşə təhsili üzrə “Dərs vaxtı”nın fevralın 26-na olan cədvəli 25 Fevral 2021, 19:51 Rusiya Müdafiə Nazirliyindən “İsgəndər” AÇIQLAMASI 25 Fevral 2021, 19:40 Şoyqu Ermənistanın müdafiə nazirinə zəng etdi 25 Fevral 2021, 19:32 Ceyhun Bayramov İsrail səfirini qəbul edib 25 Fevral 2021, 19:17 Sabah bu yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq 25 Fevral 2021, 19:05 ATƏT sədri Azərbaycana səfər edəcək 25 Fevral 2021, 18:58 Ana Vətən Partiyasından Xocalı bəyanatı 25 Fevral 2021, 18:52 Vətən müharibəsi memorial kompleksinin ilk eksponatları - FOTOLAR 25 Fevral 2021, 18:40 Pakistanlı general Bakıya gəldi 25 Fevral 2021, 18:35 Ermənistan müxalifəti Paşinyanla dialoqu rədd etdi 25 Fevral 2021, 18:23 Gömrük Akademiyasında “Xocalıya Zəfərlə” adlı anım tədbiri... 25 Fevral 2021, 18:10 Bostonda Xocalı soyqırımı anılacaq 25 Fevral 2021, 18:03 İlham Əliyev “Dostluq” yatağı ilə bağlı yeni İşçi Qrup yaratdı - SİYAHI 25 Fevral 2021, 18:00 Prezident “Signify”  şirkətinin baş icraçı direktorunu videoformatda qəbul edib 25 Fevral 2021, 17:54 "Xocalı: Soyqırımın xroniikası" kitabı Ukrayna dilində təqdim edilib  25 Fevral 2021, 17:48 Həmvətənlərimiz Finlandiya parlamentinə müraciət edib 25 Fevral 2021, 17:42 “Xocalı fəryadı” adlı ədəbi-bədii musiqili kompozisiya hazırlanıb - FOTOLAR 25 Fevral 2021, 17:37 Əli Hüseynli: “Hərbi qulluqçular daim dövlətin diqqət mərkəzindədir”   25 Fevral 2021, 17:32 Srebrenitsa anaları Ağdam məscidində oldular 25 Fevral 2021, 17:29 Bu rayonlarda qarın yağması davam edir- FAKTİKİ HAVA 25 Fevral 2021, 17:28 Avtomobil yollarındakı son VƏZİYYƏT 25 Fevral 2021, 17:24 Xocalıda baş verənlər nə üçün soyqırımıdır? 25 Fevral 2021, 17:20 Azərbaycan və Çexiya parlament dostluq qrupları görüşdü 25 Fevral 2021, 17:17 Azərbaycanın milli parklarından qış mənzərələri - FOTOLAR 25 Fevral 2021, 17:12 Qarabağda ermənilər tərəfindən dağıdılmış qəbiristanlıqlar 25 Fevral 2021, 17:07 Yoluxanlar azaldı, sağalanlar artdı 25 Fevral 2021, 17:02 “Azəriqaz”da İctimai Şuranın təşkilinə dair ilk iclas keçirilib 25 Fevral 2021, 16:59 Paşinyan: “İstefa vermək barədə çox düşündüm amma...” 25 Fevral 2021, 16:55 VHP-dən Xocalı soyqırımı ilə bağlı bəyanat 25 Fevral 2021, 16:54 UNEC-də Xocalı soyqırımına aid beynəlxalq tədbir keçirilib 25 Fevral 2021, 16:53 Əfv Komissiyasının növbəti iclasının vaxtı açıqlandı 25 Fevral 2021, 16:50 Ombudsman 2020-ci il üzrə məruzəsini təqdim etdi 25 Fevral 2021, 16:44 Bu il İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə mənzillər veriləcək 25 Fevral 2021, 16:40