Modern.az

Bu şəhərdə kinoteatrların fəaliyyəti bərpa olunur

Bu şəhərdə kinoteatrların fəaliyyəti bərpa olunur

Aktual

23 Yanvar 2021, 21:54

Rumıniyanın paytaxtı Buxarestdə restoranlar, barlar, kinoteatrlar və digər iaşə obyektləri fəaliyyətlərini yanvarın 25-dən bərpa edəcəklər.

 

Modern.az "Azərtac"a istinadla xəbər verir ki, bu barədə qərarı Buxarest şəhərinin icra orqanları qəbul edib. Qərara əsasən iaşə obyektləri yalnız obyektin ümumi sahəsinin 30 faizi qədər daxildə müştəriləri qəbul edə bilər.

 

Qeyd edək ki, Rumıniyada yanvarın 13-də koronavirus pandemiyası ilə əlaqədar yüksək hazırlıq vəziyyəti daha 30 gün müddətinə uzadılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır