Modern.az

 Senatoru öldürməyə çağırış edən Tramp tərəfdarı yaxalandı

 Senatoru öldürməyə çağırış edən Tramp tərəfdarı yaxalandı

Dünya

24 Yanvar 2021, 09:05

ABŞ-ın sabiq prezidenti Donald Trampın tərəfdarlarının paytaxtdakı Kapitoli binasına etdiyi hücumun iştirakçısı, eyni zamanda, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü öldürməyə dair çağırış edən Texas ştatının sakini saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Ap News” məlumat yayıb.

 

Məlumata görə görə, Dallas şəhər sakini Qarrett Miller digər nümayişçilərlə birlikdə Kapitoliyə girib. Bundan başqa, o, “Twitter” səhifəsində bir neçə paylaşım edərək, ABŞ Nümayəndələr Palatasının Nyu-York ştatından olan üzvü Aleksandriya Okasio-Kortesin öldürülməsinə dair çağırış edib. Öz paylaşımlarının birində Miller bildirib ki, etirazçılar növbəti dəfə odlu silahlarla gələcək.

 

Q.Miller, həmçinin “Instagram”da Kapitoli polisinin ünvanına təhdid dolu paylaşımlar da edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq