Modern.az

Ermənistanın müharibə cinayətlərilə bağlı beynəlxalq təşkilatlara müraciət edilib

Ermənistanın müharibə cinayətlərilə bağlı beynəlxalq təşkilatlara müraciət edilib

Aktual

25 Yanvar 2021, 11:26

Ermənistanın ölkəmizə qarşı müharibə cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində işlər aparılır. Bunun üçün müxtəlif beynəlxalq təşkilatlara müraciət edilib.

 

Modern.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəis müavini, Qarabağ regional ədliyyə idarəsinin rəisi vəzifəsini icra edən Sübhi Kazımov bildirib.

 

S.Kazımovun sözlərinə görə, müraciətlərdə azərbaycanlıların etnik təmizləməyə məruz qalması, ermənilərin  insanlıq əleyhinə cinayətləri vurğulanıb:

“Ermənistanın qeyri-insani əməlləri təfsilatı ilə ixtisaslaşmış beynəlxalq qurum rəhbərlərinin diqqətnə çatdırılıb”.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü