Modern.az

Polşada təhsil alan azərbaycanlı tələbədən maraqlı aksiya

Polşada təhsil alan azərbaycanlı tələbədən maraqlı aksiya

25 Yanvar 2021, 11:38

Polşanın İqtisadiyyat və İnsan elmləri universitetinin (The University of Economics and Human sciences) magistrantı Zaur Əsədzadə Azərbaycan həqiqətlərinin təbliği ilə bağlı maraqlı aksiya təşkil edib. 

 

Modern.az xəbər verir ki, soydaşımız üniversitetdə təhsil alan Ukraniya, İraq, Misir, Afrika ölkələri, Türkiyə, Türkmənistan, Gürcüstan, Belorusiya, Qazaxıstan, Serbiya, Rusiya və s. dövlətlərdən 200-ə yaxın tələbədən ibarət “Beynəlxalq dostlar qrupu” adlı votsap (Whatsap) qrupu yaradaraq ölkəmizlə bağlı informasiyaları bölüşür. 

 

Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbə, Xocalı soyqırımı, Qarabağ münaqişəsinin tarixi kökləri və s. məsələlərlə bağlı paylaşımlar edən soydaşımız 20 Yanvar faciəsi ilə bağlı da qrup üzvlərini məlumatlandırıb. Faciə ilə bağlı şəkilləri, məlumatları qrupda paylaşan Z.Əsədzadə tələbələrin suallarını cavablandıraraq onları dəqiq və dolğun məlumatlarla təmin edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir