Arxiv
25 Yanvar 2021, 14:28 | ÖLKƏ
“Ümidvaram ki, tezliklə çay üzərindən yeni körpünün təməli qoyulacaq”

“İl artıq başlayıb və mən planlarımızı müzakirə etmək, görülmüş işlərə yenidən nəzər salmaq üçün sizi Azərbaycanda qəbul etməyə şadam”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edərkən deyib.

 

Dövlət başçısı bildirib: “Biz ölkələrimiz arasında əməkdaşlığın səviyyəsindən çox məmnunuq. Bildiyiniz kimi, biz çoxsaylı – prezidentlər səviyyəsində 10-dan çox, eləcə də digər yüksək rütbəli rəsmilər səviyyəsində görüşlər keçirmişik. Bu görüşlərin hamısı çox səmərəli olub. Bu yaxınlarda ölkənizdə səfərdə olan Baş nazirin müavini Şahin Mustafayev mənə aparılan müzakirələr və razılaşmalar barədə hesabat verdi. Biz planlaşdırdığımız bütün işləri həyata keçirmişik. Biz son bir neçə ildə iki qardaş ölkənin çox yaxın olduğu siyasi sahədə, iqtisadi sahədə, nəqliyyat, enerji sahələrində çox yaxşı nəticələr görürük. Bizim bu gün diqqətimizdə olan Şimal-Cənub nəqliyyat dəhlizi kimi bütün layihələr, enerji infrastrukturu ilə bağlı layihələr uğurla inkişaf edir. Şimal-Cənub nəqliyyat dəhlizi işləyir. Mənə indicə məlumat verilib ki, ötən il yükdaşımaların həcmi demək olar ki, 20 faiz artıb. Bu, çox müsbət nailiyyətdir. Baxmayaraq ki, onu tam şəkildə başa çatdırmamışıq, biz bu istiqamətdə hərəkət edirik”.

 

 

Azərbaycan Prezidenti qeyd edib ki, regionda yeni vəziyyətlə əlaqədar yeni imkanlar, sözsüz ki, özəl investorlar, həmçinin dövlət qurumları üçün əməkdaşlığa geniş qapılar açır.

 

“Hazırda yeni nəqliyyat əlaqələri müzakirə mərhələsindədir və sözsüz ki, bizim Xudafərin su anbarı ilə bağlı əməkdaşlığımız və elektrik stansiyasının tikintisi ilə əlaqədar gələcək planlar artıq çox aktiv fazadadır. Ümidvaram ki, qarşıdakı bir neçə ildə bu layihəni tamamlaya və hər iki tərəfi yeni elektrik enerjisi istehsalı ilə təmin edə biləcəyik. Həmçinin bizim bir neçə il əvvəl yüksək səviyyədə razılaşdırdığımız layihə - Ordubad və Marazad elektrik stansiyaları ilə bağlı işlər uğurla gedir. Beləliklə, bizim geniş gündəliyimiz var. Bundan əlavə, ümidvaram ki, tezliklə çay üzərindən yeni körpünün təməlqoyma mərasimi keçiriləcək və bir çox digər məsələlər”, - dövlət başçısı bildirib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Suriyada qaçqın düşərgəsi alovlandı - ölənlər var 28 Fevral 2021, 07:58 Dağıstanda silahlı insident - polis əməkdaşı yaralandı 28 Fevral 2021, 07:46 Bu gün magistraturaya qəbul imtahanı keçirilir 28 Fevral 2021, 07:35 Bakı sakini naməlum şəxs tərəfindən bıçaqlandı 28 Fevral 2021, 07:24 “Qalatasaray” liderliyini qorudu 28 Fevral 2021, 01:00 Sarkisyan Paşinyanla Qasparyan arasında - Fransa da “oyuna” daxil olur - TƏHLİL 28 Fevral 2021, 00:58 Ukraynalı hərbi müxbir Ağdamı Xirosimaya bənzətdi 28 Fevral 2021, 00:55 Dağıstanda polislərlə silahlı şəxslər arasında atışma - VİDEO 28 Fevral 2021, 00:44 Paşinyan tərəfdarlarını mitinqə çağırdı 28 Fevral 2021, 00:29 1 nəfər virusa yoluxdu, 7 günlük karantin elan etdi - Baş nazirdən qərar 28 Fevral 2021, 00:25 Ermənilərin Sumqayıtda törətdikləri təxribatdan 33 il keçir   28 Fevral 2021, 00:11 Ermənistanın polis rəisi istefa verib? 27 Fevral 2021, 23:59 İlham Əliyev ərazilərin azad olunması üzrə xüsusi əməliyyatın detallarını ukraynalı jurnalistə açıqladı 27 Fevral 2021, 23:51 Türkiyədə daha 71 nəfər virusdan öldü 27 Fevral 2021, 23:34 İki güləşçimiz Kiyevdə bürünc medal qazandı 27 Fevral 2021, 23:20 Sevgilisi başqası ilə nişanlanan gənc intihar etdi 27 Fevral 2021, 23:07 18 yaşlı tələbə özünü asdı 27 Fevral 2021, 22:55 Komitə sədri şəhid qardaşların anası ilə görüşdü - FOTO 27 Fevral 2021, 22:42 Ermənistan Müdafiə Nazirliyindən orduya çağırış 27 Fevral 2021, 22:28 İŞİD Suriyada qaz kəmərini partlatdı 27 Fevral 2021, 22:14 Daha bir məktəb koronavirusa görə bağlandı 27 Fevral 2021, 22:01 Bakıda mənzildən meyit tapıldı 27 Fevral 2021, 21:56 Daha bir general Paşinyanın istefası tələbinə qoşuldu 27 Fevral 2021, 21:45 “Barselona”dan vacib qələbə 27 Fevral 2021, 21:37 Haaqada Xocalı abidəsi ucaldıldı - FOTO 27 Fevral 2021, 21:24 Ermənistanda bütün hərbçilər Paşinyanın istefasını tələb edir - Müxalifətdən açıqlama 27 Fevral 2021, 21:10 Tailandda Xocalı soyqırımı qurbanları yad edildi - FOTO 27 Fevral 2021, 20:58 İrəvanda müxalifət yenidən parlamentin qarşısına qayıtdı 27 Fevral 2021, 20:46 Paşinyan Baş Qərargah rəisinin istefası təklifini yenə prezidentə göndərəcək 27 Fevral 2021, 20:37 İngiltərədə "Xocalıya ədalət" tələbi ilə lövhə quraşdırılıb - FOTO 27 Fevral 2021, 20:25 Rəsmi Bakıdan Ermənistan hərbçilərinin Azərbaycan ərazilərində yerləşdirilməsinə REAKSİYA 27 Fevral 2021, 20:16 Xocalı faciəsinə hüquqi baxış mövzusunda Beynəlxalq Simpozium keçirildi 27 Fevral 2021, 20:05 Ermənilər Laçın dəhlizi boyu ağacları kəsir - FOTOLAR 27 Fevral 2021, 19:42 Füzulidə yeni yarımstansiya tikilir - FOTOLAR 27 Fevral 2021, 18:45 Diaspor fəalları Avropada "Xocalıya ədalət!" ismarıcını ünvanlayıblar 27 Fevral 2021, 18:19