Arxiv
25 Yanvar 2021, 14:33 | MEDİA
Azərbaycan və Türkiyə “feyk-nyus”larla birgə mübarizə aparacaq

Azərbaycan və Türkiyə arasında Birgə Media Platforması yaradılır. Media Platformanın yaradılması ilə bağlı saziş ötən ilin sentyabrında imzalansa da, onun formalaşdırılmasına dair işlərə bu ildən start verilib. Belə ki, Milli Məclisin yaz sessiyasında Azərbaycan və Türkiyə arasında Birgə Media Platformasına dair Anlaşma Memorandumunun təsdiq edilməsi gözlənilir. Memorandumun qüvvəyə minməsindən sonrakı 3 ay ərzində Türkiyə və Azərbaycan arasında media platformasının həyata keçirilməsi üzrə məqsədyönlü, əhatəli planın hazırlanması üçün birgə işçi komissiya yaradılacaq. Ümumiyyətlə, Azərbaycan və Türkiyə arasında Birgə Media Platformasına ümidlər böyükdür. Xüsusi ilə bu platformanın Azərbaycanın mediasının inkişafına təkan verəcəyi, Türkiyə təcrübəsinin Azərbaycan mediasında tətbiqi gözlənilir.

 

Parlament Jurnalistləri Birliyinin (PJB) sədri, Modern.az saytının rəhbəri Elşad Eyvazlı, "Küresel Gazeteciler Konseyi"nin sədri Mehmet Ali Dimlə həmsöhbət olub, onların Birgə Media Platformasından gözləntiləri ilə maraqlanıb.

 

 

KİV nümayəndələri, arxiv şəkli     MEDİA Azərbaycan mediasına nə verəcək?

 

PJB sədri qeyd edib ki, bu günə qədər Türkiyə-Azərbaycan münasibətləri bütün sahələrdə qardaşlıq səviyyəsində olub:

 

“Bura siyasi, iqtisadi, mədəni və s. sahələr daxildir. Lakin media sahəsində bunu demək çətindir. Belə ki, bu günə qədər Türkiyədən Azərbaycana səfər edən media qurumlarının nümayəndələri nəinki dünya, heç Türkiyə miqyasında tanınmayan jurnalistlər olub. Son bir ilə qədər Azərbaycanın məsələləri Türkiyə mediasında doğru-düzgün işıqlandırılmayıb”.

 

Elşad Eyvazlı vurğulayır ki, Türkiyə mediası dedikdə biz daha çox İstanbul mediasını nəzərə almalıyıq: “İstanbul mediası Türkiyənin səsidir, Türkiyənin Avropaya, dünyaya çıxan səsidir. Biz bu günə qədər Azərbaycan Türkiyə media münasibətlərindən danışarkən qeyd etmişik ki, əlaqələrimiz genişdir, qarşılıqlı səfərlər təşkil olunub. Lakin bu əməkdaşlıq məişət səviyyəsindən yuxarı qalxmayıb. Bunu ən azı biz Azərbaycanın problemlərinin Türkiyə mediasında necə işıqlandırılmasından görmüşük. Adlarını çəkməyim, lakin dəfələrlə olub ki, İstanbul mediasında, müəyyən qəzetlərdə Azərbaycan əleyhinə mənasız yazılar gedib. Sonradan başa düşüblər ki, bu ancaq onların məlumatsızlığından irəli gəlib”.

 

Sədr qeyd edir ki, hazırda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin ideya müəllifliyi, rəhbərliyi ilə Türkiyə-Azərbaycan Birgə Media Platforması qurulur.

 

Elşad Eyvazlı vurğulayır ki, Türkiyə-Azərbaycan Birgə Media Platformasında əsas iş jurnalistlərin üzərinə düşür: “Görünən odur ki, hər iki ölkədə - həm Azərbaycan, həm də Türkiyədə olan jurnalistlər bu prosesə çoxdan hazırdırlar. Sadəcə onları doğru istiqamətləndirmək lazımdır. Düşünürəm ki, Platforma bu işi görəcək, hər iki ölkəndən olan jurnalistləri istiqamətləndirəcək”.

 

 

İlham Əliyev, arxiv şəkli     Azərbaycanda Media İnkişaf Agentliyi yarandı, Agentliyin rəhbəri də təyin olundu

 

PJB rəhbəri Azərbaycan-Türkiyə Birgə Media Platformasından üç qazancımız olacaq:

 

“Birincisi, Azərbaycanın məsələləri Türkiyə mediasında, dolayısı yolla dünya mediasında işıqlandırılacaq. İkincisi, Azərbaycan və türkiyəli jurnalistlər arasında təcrübə mübadiləsi olacaq. Üçüncüsü isə, ölkələr arasında akademik mübadilələr olacağını gözləyirəm. Türkiyənin aparıcı, nüfuzlu universitetlərində jurnalistika fakültələri var. Belə ki, jurnalistika sahəsində təhsil alan azərbaycanlı tələbələrin Türkiyədə təcrübə keçməsi təşkil oluna bilər. Bu üç istiqamətdə işlər davam edərsə, jurnalistika sahəsində iki ölkə arasında münasibətlər inkişaf edərsə, bu, Türkiyə və Azərbaycanın digər sahələrdə olan münasibətlərinə də təsirsiz ötüşməyəcək".

 

"Küresel Gazeteciler Konseyi"nin sədri Mehmet Ali Dim isə bu platformanın jurnalistika sahəsində ölkələr arasında əməkdaşlığa töhfə, yeni nəfəs verəcəyini bildirib: “Bu layihə təhsil, qarşılıqlı iş dəstəyi, xəbərlərin mübadiləsi baxımından bizə media pəncərəsindən yeni bir baxış bucağı təqdim edəcək”.

 

O, həmçinin qeyd edib ki, Birgə Media Platforması beynəlxalq arenada dezinformasiyalarla ortaq mübarizə və dünya birliyinin doğru-dürüst şəkildə məlumatlandırılmasına töhfə verəcək: “Biz buna dair nümunəni Qarabağ müharibəsi zamanı gördük. Belə ki, hər iki ölkənin mediası bir, bərabər çıxış edərək Qarabağ barədə həqiqətlərin, müharibənin gedişatı, Ermənistan tərəfinin dinc əhaliyə, azərbaycanlılara qarşı törətdiyi zorakılıqların dünya mediasına, beynəlxalq arenaya çıxarılması, yayılması məsələsində çox effektiv oldu.

 

"Küresel Gazeteciler Konseyi" kanalı ilə biz bu platformanın sayəsində Azərbaycana xeyli sayda dünyanın aparıcı KİV-ində fəaliyyət göstərən jurnalistləri gətirdik. Bu jurnalistlər Azərbaycanın işğaldan azad olunan torpaqlarında oldular və orada gördükləri həqiqətləri öz ölkələrinin vətəndaşlarına çatdırdılar”.

 

Mehmet Ali Dimin fikrincə, gələcəkdə Türkiyə-Azərbaycan Birgə Media Platformasına digər türk dövlətləri də cəlb oluna bilər.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Suriyada qaçqın düşərgəsi alovlandı - ölənlər var 28 Fevral 2021, 07:58 Dağıstanda silahlı insident - polis əməkdaşı yaralandı 28 Fevral 2021, 07:46 Bu gün magistraturaya qəbul imtahanı keçirilir 28 Fevral 2021, 07:35 Bakı sakini naməlum şəxs tərəfindən bıçaqlandı 28 Fevral 2021, 07:24 “Qalatasaray” liderliyini qorudu 28 Fevral 2021, 01:00 Sarkisyan Paşinyanla Qasparyan arasında - Fransa da “oyuna” daxil olur - TƏHLİL 28 Fevral 2021, 00:58 Ukraynalı hərbi müxbir Ağdamı Xirosimaya bənzətdi 28 Fevral 2021, 00:55 Dağıstanda polislərlə silahlı şəxslər arasında atışma - VİDEO 28 Fevral 2021, 00:44 Paşinyan tərəfdarlarını mitinqə çağırdı 28 Fevral 2021, 00:29 1 nəfər virusa yoluxdu, 7 günlük karantin elan etdi - Baş nazirdən qərar 28 Fevral 2021, 00:25 Ermənilərin Sumqayıtda törətdikləri təxribatdan 33 il keçir   28 Fevral 2021, 00:11 Ermənistanın polis rəisi istefa verib? 27 Fevral 2021, 23:59 İlham Əliyev ərazilərin azad olunması üzrə xüsusi əməliyyatın detallarını ukraynalı jurnalistə açıqladı 27 Fevral 2021, 23:51 Türkiyədə daha 71 nəfər virusdan öldü 27 Fevral 2021, 23:34 İki güləşçimiz Kiyevdə bürünc medal qazandı 27 Fevral 2021, 23:20 Sevgilisi başqası ilə nişanlanan gənc intihar etdi 27 Fevral 2021, 23:07 18 yaşlı tələbə özünü asdı 27 Fevral 2021, 22:55 Komitə sədri şəhid qardaşların anası ilə görüşdü - FOTO 27 Fevral 2021, 22:42 Ermənistan Müdafiə Nazirliyindən orduya çağırış 27 Fevral 2021, 22:28 İŞİD Suriyada qaz kəmərini partlatdı 27 Fevral 2021, 22:14 Daha bir məktəb koronavirusa görə bağlandı 27 Fevral 2021, 22:01 Bakıda mənzildən meyit tapıldı 27 Fevral 2021, 21:56 Daha bir general Paşinyanın istefası tələbinə qoşuldu 27 Fevral 2021, 21:45 “Barselona”dan vacib qələbə 27 Fevral 2021, 21:37 Haaqada Xocalı abidəsi ucaldıldı - FOTO 27 Fevral 2021, 21:24 Ermənistanda bütün hərbçilər Paşinyanın istefasını tələb edir - Müxalifətdən açıqlama 27 Fevral 2021, 21:10 Tailandda Xocalı soyqırımı qurbanları yad edildi - FOTO 27 Fevral 2021, 20:58 İrəvanda müxalifət yenidən parlamentin qarşısına qayıtdı 27 Fevral 2021, 20:46 Paşinyan Baş Qərargah rəisinin istefası təklifini yenə prezidentə göndərəcək 27 Fevral 2021, 20:37 İngiltərədə "Xocalıya ədalət" tələbi ilə lövhə quraşdırılıb - FOTO 27 Fevral 2021, 20:25 Rəsmi Bakıdan Ermənistan hərbçilərinin Azərbaycan ərazilərində yerləşdirilməsinə REAKSİYA 27 Fevral 2021, 20:16 Xocalı faciəsinə hüquqi baxış mövzusunda Beynəlxalq Simpozium keçirildi 27 Fevral 2021, 20:05 Ermənilər Laçın dəhlizi boyu ağacları kəsir - FOTOLAR 27 Fevral 2021, 19:42 Füzulidə yeni yarımstansiya tikilir - FOTOLAR 27 Fevral 2021, 18:45 Diaspor fəalları Avropada "Xocalıya ədalət!" ismarıcını ünvanlayıblar 27 Fevral 2021, 18:19