Arxiv
25 Yanvar 2021, 14:38 | AKTUAL
Komitə sədri gördüyü işlərdən danışdı

Yanvarın 25-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi yaz sessiyasında ilk iclasını videoformatda keçirib. 

 

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, onlayn iclasda Milli Məclis  Sədrinin müavini, İctimai  birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli payız sessiyasının Vətən müharibəsi günlərinə təsadüf etdiyini və hər bir azərbaycanlının həyatında ən yaddaqalan tarixə çevrildiyini qeyd edib.

 

Vurğulayıb ki, 44 günlük müharibədə Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi, müzəffər Azərbaycan Ordusunun rəşadəti ilə qazanılan qələbə millətin 30 illik nisgilinə son qoyub, dünya dövlətləri arasında ölkəmizin yerini və mövqeyini gücləndirib.

 

 Vitse-spiker qeyd edib ki, düşmənlə savaşda Milli Məclisin rəhbərliyi və hər bir deputatı müharibənin gerçəklərini dünyaya çatdırmaq və işğalçı tərəfin yalanlarını ifşa etmək istiqamətində ciddi fəaliyyət göstərib. Vurğulayıb ki, müharibə və pandemiya şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, payız sessiyasında  Azərbaycan parlamenti öz işini ən yüksək səviyyədə davam etdirib, qarşıda duran vəzifələr layiqincə yerinə yetirilib.

 

Sonra Fəzail İbrahimli 2020-ci ilin payız sessiyası dövründə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində görülən işlər barədə hesabatı təqdim edib. Bildirib ki, hesabat dövründə komitənin 7 iclası keçirilib, 9 məsələyə baxılıb. O cümlədən, sessiya ərzində “Siyasi partiyalar haqqında” qanunda dəyişiklik edilməsi barədə məsələ Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə videokonfrans formatında, üç oxunuşda müzakirə edilərək plenar iclasa tövsiyə olunub və Milli Məclisdə qəbul edilib. Komitə büdcə zərfinin müzakirəsində də fəallıq göstərib.

 

Hesabat dövründə vətəndaşlardan, idarə və təşkilatlardan daxil olan 242 ərizə və məktuba, müxtəlif xarakterli digər sənədlərə, elektron poçt vasitəsilə gələn məktublara komitədə baxılıb və tədbir görülməsi üçün aidiyyəti qurumlara 220 məktub göndərilib. Ərizələrin əksəriyyəti ilə bağlı müvafiq icra strukturları və təşkilatlarla telefon əlaqəsi saxlanılaraq qanun çərçivəsində məsələlərin həllinə nail olunub. Vətəndaşların şifahi müraciətlərinə də həssaslıqla yanaşılıb.  

 

Koronavirus infeksiyasına qarşı mübarizə ilə əlaqədar vətəndaş qəbulunda elektron və telefon rabitəsi vasitələrinə üstünlük verilib. Həmin qəbullarda 167 vətəndaşın müraciəti dinlənilib və zəruri tədbirlər görülüb.

 

Sessiya ərzində ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edən komitə üzvləri parlamentlərarası əlaqələr üzrə işçi qruplarla da onlayn qaydada müxtəlif görüşlər keçiriblər.

 

Hesabatın müzakirəsində komitə sədrinin müavini Sahib Alıyev, deputatlar Cavanşir Paşazadə, Ceyhun Məmmədov, Azər  Badamov, Anar İsgəndərov rəy və təkliflərini bildiriblər. Payız sessiyası dövründə görülmüş işlər müsbət dəyərləndirilib. Çıxışlarda vurğulanıb ki, Vətən müharibəsi günlərində ölkədəki bütün siyasi partiyalar vahid amal ətrafında birləşdi və Prezidentin siyasətini, xalqın mənafeyini dəstəklədi.

 

Hesabat məqbul sayıldıqdan sonra komitə sədri Fəzail İbrahimli 2021-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planı barədə məlumat verib. Həm qanunvericilik fəaliyyətini, həm də müxtəlif səpkili tədbirlərin təşkilini nəzərdə tutan iş planı iclasda səslənmiş təkliflər nəzərə alınmaqla qəbul edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Qalatasaray” liderliyini qorudu 28 Fevral 2021, 01:00 Sarkisyan Paşinyanla Qasparyan arasında - Fransa da “oyuna” daxil olur - TƏHLİL 28 Fevral 2021, 00:58 Ukraynalı hərbi müxbir Ağdamı Xirosimaya bənzətdi 28 Fevral 2021, 00:55 Dağıstanda polislərlə silahlı şəxslər arasında atışma - VİDEO 28 Fevral 2021, 00:44 Paşinyan tərəfdarlarını mitinqə çağırdı 28 Fevral 2021, 00:29 1 nəfər virusa yoluxdu, 7 günlük karantin elan etdi - Baş nazirdən qərar 28 Fevral 2021, 00:25 Ermənilərin Sumqayıtda törətdikləri təxribatdan 33 il keçir   28 Fevral 2021, 00:11 Ermənistanın polis rəisi istefa verib? 27 Fevral 2021, 23:59 İlham Əliyev ərazilərin azad olunması üzrə xüsusi əməliyyatın detallarını ukraynalı jurnalistə açıqladı 27 Fevral 2021, 23:51 Türkiyədə daha 71 nəfər virusdan öldü 27 Fevral 2021, 23:34 İki güləşçimiz Kiyevdə bürünc medal qazandı 27 Fevral 2021, 23:20 Sevgilisi başqası ilə nişanlanan gənc intihar etdi 27 Fevral 2021, 23:07 18 yaşlı tələbə özünü asdı 27 Fevral 2021, 22:55 Komitə sədri şəhid qardaşların anası ilə görüşdü - FOTO 27 Fevral 2021, 22:42 Ermənistan Müdafiə Nazirliyindən orduya çağırış 27 Fevral 2021, 22:28 İŞİD Suriyada qaz kəmərini partlatdı 27 Fevral 2021, 22:14 Daha bir məktəb koronavirusa görə bağlandı 27 Fevral 2021, 22:01 Bakıda mənzildən meyit tapıldı 27 Fevral 2021, 21:56 Daha bir general Paşinyanın istefası tələbinə qoşuldu 27 Fevral 2021, 21:45 “Barselona”dan vacib qələbə 27 Fevral 2021, 21:37 Haaqada Xocalı abidəsi ucaldıldı - FOTO 27 Fevral 2021, 21:24 Ermənistanda bütün hərbçilər Paşinyanın istefasını tələb edir - Müxalifətdən açıqlama 27 Fevral 2021, 21:10 Tailandda Xocalı soyqırımı qurbanları yad edildi - FOTO 27 Fevral 2021, 20:58 İrəvanda müxalifət yenidən parlamentin qarşısına qayıtdı 27 Fevral 2021, 20:46 Paşinyan Baş Qərargah rəisinin istefası təklifini yenə prezidentə göndərəcək 27 Fevral 2021, 20:37 İngiltərədə "Xocalıya ədalət" tələbi ilə lövhə quraşdırılıb - FOTO 27 Fevral 2021, 20:25 Rəsmi Bakıdan Ermənistan hərbçilərinin Azərbaycan ərazilərində yerləşdirilməsinə REAKSİYA 27 Fevral 2021, 20:16 Xocalı faciəsinə hüquqi baxış mövzusunda Beynəlxalq Simpozium keçirildi 27 Fevral 2021, 20:05 Ermənilər Laçın dəhlizi boyu ağacları kəsir - FOTOLAR 27 Fevral 2021, 19:42 Füzulidə yeni yarımstansiya tikilir - FOTOLAR 27 Fevral 2021, 18:45 Diaspor fəalları Avropada "Xocalıya ədalət!" ismarıcını ünvanlayıblar 27 Fevral 2021, 18:19 Ermənistan prezidenti Baş Qərargah rəisinin istefası barədə qərarı İMZALAMADI 27 Fevral 2021, 18:02 Saatlıda 65 yaşlı qadın dəm qazından boğulub 27 Fevral 2021, 17:50 AZƏRTAC və Küveyt Elektron Media Birliyi əməkdaşlıq edəcək 27 Fevral 2021, 17:36 “Bakıya 12 saat yağan qar fövqəladə vəziyyət idi” – Eldar Əzizov 27 Fevral 2021, 17:17