Modern.az

Müəllimlərin vaksinasiyası məcburi olacaq? - Rəsmi cavab

Müəllimlərin vaksinasiyası məcburi olacaq? - Rəsmi cavab

Təhsil

26 Yanvar 2021, 11:00

İlkin olaraq yaşı 50-dən yuxarı olan müəllimlərin vaksinasiya olunması tövsiyə edilir.

 

Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov məlumat verib.

 

Nazirlik rəsmisi onu da əlavə edib ki, vaksinasiya məsələsində heç bir məcburetmə halı qeydə alınmayıb:

 

“Bakı, Abşeron və Sumqayıtda 16 min 698, bölgələrdə isə 32 min 657 müəllimin yaşı 50-dən yuxarıdır”.

 

Qeyd edək ki, fevralın 1-dən orta məktəblərdə dərslər başlayır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır