Modern.az

Sarkisyan xəstəxanadan buraxıldı

Sarkisyan xəstəxanadan buraxıldı

Aktual

26 Yanvar 2021, 17:49

Ermənistan prezidenti Armen Sarkisyan xəstəxanadan buraxılıb.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu onun köməkçisi Asmik Petrosyan bildirib.

 

Onun sözlərinə görə, Armen Sarkisyan hələ tam sağalmayıb: “O özünü yaxşı hiss edir, evdə həkimlərin müşayiəti altında müalicə olunacaq. Həkim lazımi icazəni verdikdən sonra Armen Sarkisyan Ermənistana qayıdacaq”.

 

Xatırladaq ki, yanvarın 5-də Ermənistan prezidenti Armen Sarkisyana COVID-19 diaqnozu qoyulub. Bundan başqa, onun həyat yoldaşı Nune Sarkisyanda da koronavirus aşkarlanıb. Yanvarın 13-də dövlət başçısının vəziyyəti ağırlaşıb və onu hospitala yerləşdiriblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı