Arxiv
11 Fevral 2021, 16:47 | HADİSƏ
Zakir Qaralovun da fəaliyyəti araşdırılacaq?..

Bir vaxtlar vəzifədə meydan sulayan sabiqlərin bəziləri indi dəmir barmaqlıqlar arxasından baxırlar. Daha onların korrupsiya faktlarını, yeyintilərini görməzdən gələn, qarşısında farağat durduqları Zakir Qaralov da yoxdur. Mətbuatın sabiqləri ağ yuyub-qara sərdiyi bu günlərdə nədənsə keçmiş Baş prokuror Zakir Qaralov yada düşmür və ya bəziləri onu yada salmağa çəkinirlər.


Halbuki, Zakir müəllimin daha korrupsiyaya, qanunsuz qərarlara sipər olan vəzifəsi yoxdur, adi təqaüdçüdür... Bəziləri belə düşünürlər ki, sabiqlərin fəaliyyəti araşdırılırsa, Zakir Qaralovun da adı kənarda qalmamalıdır.

Tanınmış hüquqşünas - vəkil Cavad Cavadov Modern.az-a Zakir Qaralov dövrünü repressiya dövrü kimi xarakterizə edib:


“Zakir Qaralovun Baş prokuror olduğu dövr vəkil kimi mənim yaddaşımda prokurorluğun “repressiya maşını” kimi qalıb. Hansı ki, onun dövrü prokurorluğun gücünün pik həddədək yüksəldiyi dövr idi. Ən azından mən onu belə xatırlayacağam. Qanunsuz, əsassız ittihamlar, onların əsasında çıxarılan məhkəmə qərarları bunu deməyə əsas verir. Bunu da elə-belə demirik. Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycana qarşı çıxardığı qərarlara əsasən deyirik. Avropa İnsan Hüquqları Məhkəməsi təkcə siyasi qərarlar qəbul etməyib, sıravi vətəndaşların da şikayətlərilə bağlı qərarlar çıxarıb. Mən şikayətlərin çox az hissəsinin Avropa Məhkəməsinə göndərilməsi baxımından bunu nisbi götürürəm.

Doğrudur, burada məhkəmələrin də məsuliyyəti vardı, amma son nəticədə ittihamı Baş Prokurorluq verir, təsdiq və müdafiə edir. Biz dəfələrlə qeyd etmişik ki, bunun özü düzgün deyil və konstitutsion islahatlara gedilməlidir. Prokurorluq həm istintaq aparır, həm istintaqa nəzarət edir, həm ittiham verir, həm məhkəmədə ittihamı müdafiə edir. Ən azından prokurorluğun dövlət ittihamının müdafiəsi səlahiyyəti götürülməlidir, yaxud istintaq olaraq başqa orqan yaradılmalıdır. Biz ümid edirik ki, növbəti dəfə Konstitutsiyaya dəyişikliklərdə bunlar nəzərə alınacaq”.

 

Hüquşünas deyib ki, əslində Zakir Qaralov vəzifədə olduğu müddətdə vəzifə bölüşdürməsi aparılıb:

 

“Məsələ burasındadır ki, Zakir Qaralov şəxsən heç bir sənədə imza atmayıb. Onun adı Baş prokuror vəzifəsində getsə də, məsuliyyəti bölüşürdü. İttihamı təsdiq etmirdi, məhkəmə qərarlarından protest vermirdi və s. Bunlar rəsmi ittihamlardır və araşdırılıb sübut olunmalıdır. Amma bunların hansısa cinayət işi üçün əsas olması-olmaması barədə mənim vəkil olaraq danışmağım peşəkarlığa sığmaz. Bunu zamanın və ədalətin ixtiyarına buraxaq. Biz arzu edirik ki, hazırkı Baş prokuror Kamran müəllim yaddaşlarda belə qalmasın”.

 

Zakir Qaralovun Respublika Prokurorluğunda nə az, nə çox – düz 20 il sürən rəhbərliyinə 2020-ci il mayın 1-də son qoyulub.   

Məhz həmin gün ölkə başçısının sərəncamı ilə Kamran Əliyev Azərbaycan Respublikasının yeni Baş prokuroru təyin edilib.

Bununla da qanunların icra və tətbiq olunmasına nəzarət edən ən mühüm dövlət qurumunda rəhbərlik dəyişib.


2000-ci il aprelin 25-də Baş prokuror vəzifəsinə təyinat alan Zakir Qaralov bu postu 20 ildən sonra tərk etdi, daha doğrusu vəzifədən azad edildi. Onun özünə qalsaydı, yəqin ki, daha 5 il müddətinə qalıb işləyərdi.

Bir çox hüquqşünaslar, vəkillər sabiq baş prokuror Zakir Qaralovun müsbət xatırlanacağını düşünmürlər. Onların sözlərinə görə, Z.Qaralov hüquq sisteminin nümayəndəsi kimi siyasi iradəcə azad deyildi. Bəzi ekspertlər Z.Qaralovun siyasi hakimiyyətdə yüksək nüfuza malik olmadığını qeyd edirlər. Onun vaxtında xüsusilə yerli prokurorluqların ictimaiyyət arasında nüfuzunun aşağı olduğu vurğulanır.

Bəzi məlumatlara görə, Zakir Qaralov baş prokuror işlədiyi müddətdə dolayı yollarla bizneslə də məşğul olub. “Akkord" tikinti şirkətinin vaxtilə ona məxsus olduğu da söylənilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Gürcü Arzusu”ndan qalmaqallı səs yazısı ilə bağlı bəyanat 7 mart 2021, 22:16 Polis İmişlidə quş əti satışını qadağan edib? - DİN-dən açıqlama 7 mart 2021, 22:02 Abşeronda maşın piyadanı vurub öldürdü 7 mart 2021, 21:49 Madrid komandaları sülh bağladı 7 mart 2021, 21:35 Messi oğlu ilə səs verdi 7 mart 2021, 21:25 Millimiz “Böyük dəbilqə”ni iki medalla başa vurdu 7 mart 2021, 21:13 Məhəmməd Salah "Liverpul"u tərk edir? 7 mart 2021, 21:05 Slovakiya koronavirusa yoluxanları Almaniya və Polşaya göndərir 7 mart 2021, 20:54 “Liverpul” öz meydanında autsayderə uduzdu 7 mart 2021, 20:40 Qənirə Paşayeva şəhid anası ilə görüşdü - FOTO 7 mart 2021, 20:33 Avstriyada “AstraZeneca” peyvəndindən istifadə dayandırıldı 7 mart 2021, 20:22 FHN əhaliyə müraciət etdi - VİDEO 7 mart 2021, 20:13 Bu rayonlara qar yağır - FAKTİKİ HAVA 7 mart 2021, 20:01 Dönərxanada dəm qazından zəhərlənmə - Ölən var 7 mart 2021, 18:04 Gürcüstanda qalmaqallı səsyazısı yayıldı - Baş nazirin  istefası tələb olunur 7 mart 2021, 17:51 İvanişvilinin iqamətgahı qarşısında polislə etirazçılar arasında qarşıdurma 7 mart 2021, 17:43 Atletimiz Qış Avropa çempionatında gümüş medal qazandı 7 mart 2021, 17:30 Yeni direktor Yaqub Mahmudovun otağını konfrans zalına çevirdi 7 mart 2021, 17:15 ABŞ-da COVİD-19-dan ölənlərin sayı açıqlandı 7 mart 2021, 17:00 Türkiyə ərazisinə qaçaq yolla keçən PKK mənsubu saxlanıldı 7 mart 2021, 16:49 Cüdoçumuz "Böyük dəbilqə"də bürünc medal qazandı 7 mart 2021, 16:38 Buraxılış imtahandan 2 şagird xaric edildi 7 mart 2021, 16:28 “Zirə”yə argentinalı futbolçu gəldi 7 mart 2021, 16:15 Ağdamın Suma kəndindən ən son görüntülər - Video 7 mart 2021, 16:00 Dövlət qulluğu imtahanı başa çatdı: 8 nəfər seçildi 7 mart 2021, 15:49 "Taliban" hücuma keçdi: 15 polis əməkdaşı həlak oldu 7 mart 2021, 15:43 Estoniya müdafiə naziri: "Yeniyetmələrin 63 faizi Rusiya ilə müharibəyə hazırdır”   7 mart 2021, 15:36 "Osasuna" ilə oyunda "Barsa"dan rekord göstərici 7 mart 2021, 15:28 Bakıda külək ağacı avtomobilin üzərinə aşırdı 7 mart 2021, 15:19 Lənkəranlı keçmiş müəllim “mal” alverinə başladı, taksi sürücüsünü də bu işə qoşdu 7 mart 2021, 15:08 Qazaxın işğaldakı kəndləri ermənilərdən boşaldılır? - Sərhəddən xəbər var 7 mart 2021, 14:58 FHN yolda köməksiz qalmış iki nəfəri xilas etdi  7 mart 2021, 14:51 Küveytli media rəhbəri Azərbaycan Prezidentinin mətbuat konfransından yazdı 7 mart 2021, 14:48 Yoluxma 400-ü keçdi - 3 nəfər öldü 7 mart 2021, 14:42 Külək Binədə qaz xətlərini yararsız vəziyyətə saldı   7 mart 2021, 14:30