Modern.az

“Ətsiz ötüşə bilmərəm” deyənlərin nəzərinə - Canınızın qədrini bilin!

“Ətsiz ötüşə bilmərəm” deyənlərin nəzərinə - Canınızın qədrini bilin!

17 Fevral 2021, 17:18

Nəyə desəniz and içə bilərəm ki, beş-on səfili nəzərə almasaq, insanlar acından deyil, toxluqdan ölür. Özü də kütləvi şəkildə, güclü müalicə ala-ala ölür.


Deyə bilmərəm bəşəriyyət bu yanlış yolu nə vaxt tutub, amma dəqiq bilirəm ki, insan özünə məhz normadan çox yemək hesabına qəsd edir və ömrünü gödəldir. Ən güclü ömür qısaldan qida isə ZÜLALALDIR.


Biləsəniz ki, qana daxil olan hər qram ARTIQ ZÜLAL dərhal, elə həmin dəqiqə toksik materiala (zəhərə) çevrilir. Elə həmin dəqiqə qanın rəngi qaralır (“qanım qaralıb” deyimi burdandır), adamın əhval korlanır, təzyiqi qalxır, ürəyin fəaliyyəti zəyifliyir, köhnə xroniki xəstəliklər yerbəyerdən baş qaldırır. Xəstə tez-tez sidik ifraz edir. Çünki orqanizm bədənə daxil olan zəhəri kənarlaşdırmaq üçün əlavə su buraxır.


Bədənə daxil olan artıq zülalal 1 qram deyil, 10 qram, 100 qram deyil, daha çox olarsa (əksər haldlarda məhz belə də olur), orqanizm daha pis hala düşər və xəstəliklər daha da dərinləşir, onların sayı artır..


Müşahidəçil adamlar aşkar görür ki, xəstələrin halı, adətən, güclü və dadlı xörəklər yeyəndən sonra ağırlaşır və məhz belə yeməklərdən biri onun ürəyini işləməyə qoymur, qan dövranını dayandırır.


Mən elə ailələlər tanıyıram ki, gündə bir neçə dəfə ət-yağ yeyir, özü də faydalı hərəkətlər edib, daxil olmuş enerjini əritmək əvəzinə, hərəkətsiz qalıb, “mədaxil-məxaric” qanununu pozur, dərinin altını piylə doldurur, bədənini artıq yüklə yükləyir, daxili orqanların fəaliyyətini çətinləşdirir.


Sağlamlığı baltalayan tək zülal artıqlığı olsaydı, orqanizm bir təhər dözərdi və insanlar bu qədər çox xəstələnməz və dünyadan belə tez köçməzdilər.


Faciənin dərinliyi bundadır ki, özünü “ali şüurli varlıq” hesab edən insan, insana xas olmayan qidaları (ət, ət məmulatları, yağ və s.) etməkdən əlavə, həm də onları öldürüb (bişmiş, duza qoyulmuş, hisə verilmiş, qurudulmuş və s.) qəbul edir və bu zərərli vərdişi “sivilizasiya”, “yüksək mədəniyyət” adlandırır.


Dünyada elə bir ölü qida yoxdur ki, onu ondan da ləzzətli canlı (çiy) qida ilə əvəz etmək mümkün olmasın. Başqalarını deyə bilmərəm, mən belə hesab edirəm ki, çiy qoz, fındıq, badam, şabalıd, innab, püstə, tumlar və s. başdan ayağacan xəstəlik daşıyıcısı olan paxlavadan, şəkərburadan, tortdan və digər “dadlı” məmulatlardan daha dadlıdır. Bunlar faydalıdır, o “dadlı” qidalar isə zəhərdi.


“Ətsiz bir saat da ötüşə bilmərəm” deyə lovğalanan qarınquluların nəzərinə çatdırmaq istəyirəm ki, mən əti və ət məmulatlarını, çörəyi və un məmulatlarını 1995-ci ilin avqust ayından həmişəlik tərgitmişəm və Sağlam Həyat Tərrzinin sayəsində 8 xroniki xəstəlikdən yaxa qurtarmışam. İndi dəqiq bilirəm ki, canlı (çiy) qialarda kifayət qədər təbii vitaminlər, duz, yağ, zülal, şəkər, nişasta, turşu, qələvi həm də təbii yağlar və zülallar sənaye məhsullarından xeyli ucuz başa gəlir.


Başa düşürəm ki, mənim kimi, sizə də vaxtında sağlamlıq və xoşbəxtlik yolunu göstərən olmayıb. İndi isə yolgöstərən var: yazdığım kitablar sizə bələdçilik etməyə qadirdi. Yaşdan asılı olmayaraq, oxuyub, qismən də olsa, əməl etsəniz - indiki haldan yaxşı yaşayarsınız.


HAMINIZA MÖHKƏM İRADƏ ARZULAYIRAM !


Ərşad Əzimzadə,
”Ana Təbiət” NGM-nin rəhbəri,
yazıçı-jurnalist
17.02-2021

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir