Arxiv
18 Fevral 2021, 15:34 | ÖLKƏ
Naxçıvanda niyə maska taxmırlar…

Hazırda respublika üzrə koronavirusa yoluxma sayında əhəmiyyətli azalma müşahidə edilir. Rəsmi məlumata görə, respublika üzrə ən çox yoluxma 52,2 %-lə Bakıda, ən az yoluxma isə 0,05 %-lə Naçıvandadır. Bakı əhalisinin sərt karantin qaydalarından təngə gəldiyi bir vaxtda Naxçıvana səyahət edənlər orada karantin rejimin tətbiq olunmadığını, orta və ali məktəblərdə dərslərin ənənəvi qaydada tədris olunduğunu, açıq və qapalı məkanlarda insanların maska taxmadığını, toy və yas mərasimlərinin hərzamankı kimi qeyd edildiyini bildirirlər.

 

Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanda COVID-19 virusuna yoluxmanın az olmasına səbəb nədir? Buna necə nail olunub?


Məsələ ilə bağlı Naxçıvan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq, bildirilib ki, 2020-ci ildə dünyada pandemiya halını alan virusun muxtar respublikada yayılmasının qarşısının alınması sahəsində genişmiqyaslı tədbirlər görülüb:

 

“Bu məqsədlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb, müasir laboratoriya qurulub və lazımi tibbi ehtiyatlar alınıb. Virusla mübarizə məqsədilə səhiyyə müəssisələri ümumi dəyəri 4 milyon 700 min manatdan artıq olan tibbi avadanlıqlar, dərman və ləvazimatlar, həmçinin, dezinfeksiyaedicilərlə təmin edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamlarına əsasən, dövlət tibb müəssisələrində çalışan səhiyyə  işçilərinə, həmçinin Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin pandemiya ilə mübarizədə profilaktik dezinfeksiya tədbirləri həyata keçirən əməkdaşlarına aylıq vəzifə maaşlarının 1-3 misli məbləğində mükafat və müddətli əlavələr ödənilir. Bütün yaşayış məntəqələrində görülən qabaqlayıcı tədbirlərin, davamlı dezinfeksiya işlərinin, həmçinin COVID-19 əleyhinə vaksinasiya aparılmasının nəticəsidir ki, ölkə səviyyəsində xəstəliyə ən aşağı yoluxma halı məhz muxtar respublikada müşahidə olunub”. 


Rəsmi məlumatda o da qeyd edilib ki, ilin yekunlarına əsasən, 5 tibb müəssisəsinin kollektivi COVID-19 virusuna qarşı mübarizə tədbirlərində səmərəli fəaliyyətlərinə görə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin fəxri fərmanı ilə, həmçinin 2  həkim “Səhiyyə əlaçısı” adı,  2 həkim, 1 orta tibb işçisi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən fəxri fərmanla təltif olunub.

 


Naxçıvanı Milli Məclisdə təmsil edən deputat Eldar İbrahimov Modern.az
-a deyib ki, rayonda yoluxmanın azlığı əhalinin nizam-intizamlı olması ilə birbaşa bağlıdır:

 

“Naxçıvanda əvvəldən tətbiq edilən bütün qaydalara hamı bir nəfər kimi riayət etdi. Ona görə də indi hamı rahat şəkildə işinə gedir, təhsilinə davam edir, xəstəlik də azdır. Bakıda isə insanlar maska taxılmağın vacib olduğu vaxtda taxmadılar. Bir də görürsən ki, maskanı çıxarıb saatlarla ünsiyyətdə olurlar, deyirlər “heç nə olmaz”. Naxçıvanda insanlar məsuliyyətlidir, özlərini qoruyurlar. Üstəlik respublika rəhbərliyi bu məsələyə çox ciddi yanaşır. Naxçıvan Ali Məclisi tərəfindən elə bir şərait yaradılıb ki, həm qaydalara əməl olunur, həm də nəzarət yetəri səviyyədədir”.

 

Deputat həmçinin deyib ki, Naxçıvanın havası da bu məsələdə mühüm rol oynayıb:


“Naxçıvanın havası təmiz və qurudur. İnsanların bronxları, ağciyəri, ürəyi üçün tam lazım olan havadır. Düşünürəm ki, bu da yoluxmanın az olmasında rol oynayıb”.

 

E.İbrahimov ötən ilin yay aylarında Naxçıvanda yoluxmannın kəskin artması və hətta xəstəxanlarda yer olmaması barədə məlumatları təkzib edib:


“Naxçıvanda yoluxma heç vaxt nəzarətdən çıxan hala gəlməyib. Yəni belə şey olmayıb. Naxçıvanda hər zaman təbliğat və nəzarət tədbirləri güclü olub. O nəzarətə və məsuliyyət hissinə görə, hazırda muxtar respublikada xəstəlik olduqca azadır. Mən sonuncu dəfə orada ötən ilin may ayında olmuşam. Bildiyiniz kimi, sonradan gediş-gəliş dayandırıldı. Amma qarşıdakı mart ayında Naxçıvana gedəcəyəm. Ümid edirəm ki, o vaxtadək paytaxtda da yoluxma minimuma enər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Gürcü Arzusu”ndan qalmaqallı səs yazısı ilə bağlı bəyanat 7 mart 2021, 22:16 Polis İmişlidə quş əti satışını qadağan edib? - DİN-dən açıqlama 7 mart 2021, 22:02 Abşeronda maşın piyadanı vurub öldürdü 7 mart 2021, 21:49 Madrid komandaları sülh bağladı 7 mart 2021, 21:35 Messi oğlu ilə səs verdi 7 mart 2021, 21:25 Millimiz “Böyük dəbilqə”ni iki medalla başa vurdu 7 mart 2021, 21:13 Məhəmməd Salah "Liverpul"u tərk edir? 7 mart 2021, 21:05 Slovakiya koronavirusa yoluxanları Almaniya və Polşaya göndərir 7 mart 2021, 20:54 “Liverpul” öz meydanında autsayderə uduzdu 7 mart 2021, 20:40 Qənirə Paşayeva şəhid anası ilə görüşdü - FOTO 7 mart 2021, 20:33 Avstriyada “AstraZeneca” peyvəndindən istifadə dayandırıldı 7 mart 2021, 20:22 FHN əhaliyə müraciət etdi - VİDEO 7 mart 2021, 20:13 Bu rayonlara qar yağır - FAKTİKİ HAVA 7 mart 2021, 20:01 Dönərxanada dəm qazından zəhərlənmə - Ölən var 7 mart 2021, 18:04 Gürcüstanda qalmaqallı səsyazısı yayıldı - Baş nazirin  istefası tələb olunur 7 mart 2021, 17:51 İvanişvilinin iqamətgahı qarşısında polislə etirazçılar arasında qarşıdurma 7 mart 2021, 17:43 Atletimiz Qış Avropa çempionatında gümüş medal qazandı 7 mart 2021, 17:30 Yeni direktor Yaqub Mahmudovun otağını konfrans zalına çevirdi 7 mart 2021, 17:15 ABŞ-da COVİD-19-dan ölənlərin sayı açıqlandı 7 mart 2021, 17:00 Türkiyə ərazisinə qaçaq yolla keçən PKK mənsubu saxlanıldı 7 mart 2021, 16:49 Cüdoçumuz "Böyük dəbilqə"də bürünc medal qazandı 7 mart 2021, 16:38 Buraxılış imtahandan 2 şagird xaric edildi 7 mart 2021, 16:28 “Zirə”yə argentinalı futbolçu gəldi 7 mart 2021, 16:15 Ağdamın Suma kəndindən ən son görüntülər - Video 7 mart 2021, 16:00 Dövlət qulluğu imtahanı başa çatdı: 8 nəfər seçildi 7 mart 2021, 15:49 "Taliban" hücuma keçdi: 15 polis əməkdaşı həlak oldu 7 mart 2021, 15:43 Estoniya müdafiə naziri: "Yeniyetmələrin 63 faizi Rusiya ilə müharibəyə hazırdır”   7 mart 2021, 15:36 "Osasuna" ilə oyunda "Barsa"dan rekord göstərici 7 mart 2021, 15:28 Bakıda külək ağacı avtomobilin üzərinə aşırdı 7 mart 2021, 15:19 Lənkəranlı keçmiş müəllim “mal” alverinə başladı, taksi sürücüsünü də bu işə qoşdu 7 mart 2021, 15:08 Qazaxın işğaldakı kəndləri ermənilərdən boşaldılır? - Sərhəddən xəbər var 7 mart 2021, 14:58 FHN yolda köməksiz qalmış iki nəfəri xilas etdi  7 mart 2021, 14:51 Küveytli media rəhbəri Azərbaycan Prezidentinin mətbuat konfransından yazdı 7 mart 2021, 14:48 Yoluxma 400-ü keçdi - 3 nəfər öldü 7 mart 2021, 14:42 Külək Binədə qaz xətlərini yararsız vəziyyətə saldı   7 mart 2021, 14:30