Modern.az

Orta məktəblərdə ƏYANİ dərslərin sayı ARTIRILIR - ÖZƏL

Orta məktəblərdə ƏYANİ dərslərin sayı ARTIRILIR - ÖZƏL

Təhsil

18 Fevral 2021, 16:43

Növbəti həftədən Bakıdakı orta məktəblərdə əyani dərslərin sayı artırılır. Modern.az-ın əldə etdiyi məlumata görə, ölkədəki epidemioloji vəziyyət nəzərə alınaraq, Təhsil Nazirliyi tərəfindən əyani dərslərin sayının artırılmasına qərar verilib.

 

Qərara əsasən, məktəb direktorları tərəfindən sinif rəhbərlərinə növbəti həftə üçün hazırlanmış yeni cədvəlin şagirdlərə təqdim olunması tapşırılıb. 

 

Məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, yenilik və bununla bağlı yekun qərar olarsa, ictimaiyyətə açıqlanacaq.


Qeyd edək ki, Nazirlər Kabinetinin sonuncu qərarı ilə əyani dərslər bərpa olunandan sonra distant təhsilin keçirilməsi ləğv olunub:


Təhsil ekspertləri bildirirlər ki, əgər hansısa məktəbdə onlayn dərslərə davam edilirsə, bu, həmin məktəb direktorunun, müəllimlərin birgə təşəbbüsüdür ki, o da sırf şagirdlər üçün edilir.

 

Xatırladaq ki, 1 fevraldan etibarən ibtidai siniflərdə həftədə 3 dəfə olmaqla, 15 fevraldan etibarən isə yuxarı siniflərdə həftədə 2 dəfə olmaqla əyani dərslər qismən bərpa olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir