Modern.az

AZƏRTAC-la İordaniyanın xəbər agentliyinin müqaviləsi yenilənəcək

AZƏRTAC-la İordaniyanın xəbər agentliyinin müqaviləsi yenilənəcək

Aktual

23 Fevral 2021, 17:00

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və İordaniyanın Petra xəbər agentliyi arasında yeni əməkdaşlıq müqaviləsi imzalamaq niyyətindədir.

 

Modern.az xəbər verir ki, bununla bağlı məsələ AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Sami Abdulla Ğoşehin görüşündə müzakirə olunub.

 

İki agentlik arasında tərəfdaşlıq müqaviləsi 2007-ci ildə Əmmanda imzalanıb. Buraya informasiya təcrübə mübadiləsi, kadr hazırlığı, beynəlxalq media platformalarında birgə iş və digər məsələlər daxildir. İslam Əməkdaşlıq Təşkilatının Milli Xəbər Agentlikləri Birliyində də əməkdaşlıq uğurla davam edir.

 

Qeyd olunub ki, hazırda media və yeni texnologiyaların inkişafı nəzərə alınmaqla, agentliklər arasında əlaqələrin yeni müstəviyə keçirilməsinə ehtiyac var. Bununla hər iki media qurumu ölkələrindəki hadisələr barədə informasiyaları daha operativ və dolğun şəkildə yaymaq, birgə layihələr reallaşdırmaq imkanları əldə edəcəklər. Tərəflər yeni müqavilənin imzalanmasının informasiya sahəsində ölkələrarası əlaqələrin inkişafına töhfə verəcəyinə əminliklərini bildiriblər.

 

Görüşdə AZƏRTAC-ın Petra agentliyi ilə birlikdə Əmmanda Azərbaycanın 44 günlük Vətən müharibəsini, işğalçıların mülki əhaliyə qarşı törətdikləri hərbi cinayətləri əks etdirən fotolardan ibarət sərgi təşkil etmək təklifi də nəzərdən keçirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!