Arxiv
27 Fevral 2021, 10:53 | AKTUAL
Şəhər rəhbərliyi qazi və şəhid ailələri ilə görüşüb

Gəncədə şəhid ailələri və qazilərlə görüşlər davam edir. Şəhər rəhbərliyi şəhid valideynlərinə baş çəkir, qazi və Vətən müharibəsi iştirakçılarının qayğıları ilə maraqlanır, onların problemlərinin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verir. Sözügedən şəxslərlə görüşlər bu həftə ərzində də davam etdirilib.

 

I qrup Qarabağ əlili Qədimov Zaur İmran oğlu Gəncə Şəhər İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə özəl xəstəxanaların birində əməliyyat olunub. Niyazi Bayramov əməliyyatdan sonra Zaur Qədimovla elə xəstəxanada görüşüb, onun səhhəti və müalicəsi ilə maraqlanıb. Qarabağ qazisi göstərilən diqqət və qayğıya görə dövlət başçısı və şəhər rəhbərliyinə öz təşəkkürünü bildirib.

 

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev yeni yaradılan Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları ilə birlikdə şəhid ailələrini ziyarət edib. Onlar Vətən müharibəsi şəhidləri Əsgərov Musa Rövşən oğlu və Bayramov Həsən Bərham oğlunun ailə üzvləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıblar. Şəhid ailələrini narahat edən problemlərin qısa müddət ərzində aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görüləcəyi bildirilib.

 

Gəncə Şəhər İcra Hakimiyyəti şəhid Əsgərov Musa Rövşən oğlunun ailəsinə kiçik surprizlə sevindirib. Belə ki, ailənin həqiqi hərbi xidmətdə olan digər oğlu Əsgərov Famil Rövşən oğlu icra hakimiyyətinin təşəbbüsü ilə 10 günlük məzuniyyətə buraxılıb.

 

Söhbət zamanı şəhidlərin keçdikləri döyüş yolundan, müharibədə göstərdikləri igidlik və qəhrəmanlıqlardan da danışılıb.

 

Qeyd edək ki, qazi və şəhid ailələrini ziyarətlər bundan sonra da davam etdiriləcəkdir.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qarabağ Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin ofisindən oğurluq edildi 15 Aprel 2021, 12:22 Məşhur Məmmədov: “Paşinyanın fikirləri ermənilərin hansı niyyətdə olduqlarını göstərir” 15 Aprel 2021, 12:16 Əgər qazancın 25%-dən çoxu ərzağa xərclənirsə... - Yoxsulluqla bağlı hökumətə TƏKLİF 15 Aprel 2021, 12:10 “Ermənistan nə özünə, nə də tarixinə güvənir” - Çavuşoğlu 15 Aprel 2021, 12:05 Müdafiə Nazirliyi nəhəng soyuducu kameradan videogörüntülər YAYDI 15 Aprel 2021, 12:00 Diplomatlar peyvənd oluna bilmir? - Xarici İşlər Nazirliyi məsələyə AYDINLIQ GƏTİRDİ 15 Aprel 2021, 11:55 “Türk Hava Yolları” Rusiyaya uçuşları dayandırdı 15 Aprel 2021, 11:50 İki mindən artıq koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanıb - Nazirlik 15 Aprel 2021, 11:44 Zərifə Əliyevanın anım günüdür 15 Aprel 2021, 11:38 Mərkəzi Seçki Komissiyasının səlahiyyəti bitdi 15 Aprel 2021, 11:32 “Osmanqızı TV” Tofiq Yaqublu ilə Əli Kərimlinin münasibətlərini pozub - İDDİA 15 Aprel 2021, 11:30 İtaliyalı deputatlar Gəncədə olublar 15 Aprel 2021, 11:28 Ermənistanda 6 hərbçini maşın vurdu – 2 ölü, 4 yaralı 15 Aprel 2021, 11:25 Yol polisi bir həftədə 19 şəhər və rayonda reydlər keçirib - sürücü və piyadalar cərimələnib 15 Aprel 2021, 11:23 Bəyanatların arxasında həm də xalqımızın iradəsi dayanır 15 Aprel 2021, 11:19 Ölkəmiz IV Dünya Etnospor Konfederasiyasının Forumunda iştirak edib 15 Aprel 2021, 11:15 “Azərenerji” “Yaşma” yarımstansiyasını yenidən qurur - VİDEO 15 Aprel 2021, 11:10 Azərbaycanda ata-oğul BIÇAQLANDI 15 Aprel 2021, 11:07 Azərbaycan hərbi təxribatlara hazır olmalıdır - ŞƏRH 15 Aprel 2021, 11:02 Goranboylular Vətən Müharibəsi qəhrəmanını belə qarşıladılar   15 Aprel 2021, 10:59 Saatlıda yas mərasiminə gedənlər cərimə ödəməli oldular 15 Aprel 2021, 10:56 Azərbaycanda yeni pambıq sortları yaradılacaq 15 Aprel 2021, 10:50 Laçının hansı kəndləri rusların nəzarətindədir? 15 Aprel 2021, 10:45 Qərbi Kaspi Universiteti Avropa İttifaqının tədbirində iştirak etdi 15 Aprel 2021, 10:40 “Azəriqaz” payız-qış mövsümünə hazırlıq işlərinə start verdi 15 Aprel 2021, 10:36 Bakıda iki müəllimin koronavirusdan öldüyü TƏSDİQLƏNDİ - FOTOLAR 15 Aprel 2021, 10:31 Lukaşenko Azərbaycandan nə “qoparmaq” istəyir? 15 Aprel 2021, 10:26 Tənha qadının evinə basqın edən şəxslər SAXLANILDI 15 Aprel 2021, 10:21 Cəlilabadda ata öldürüldü - oğlu yaralandı 15 Aprel 2021, 10:16 Azərbaycan nefti bahalaşdı 15 Aprel 2021, 10:10 Karantində kökələn sənətçi: “Ali təhsilli aktrisa var ki, ali təhsilsiz ondan bacarıqlıdır” - MÜSAHİBƏ 15 Aprel 2021, 10:07 Ucarda ər arvadını ÖLDÜRDÜ 15 Aprel 2021, 10:03 Ötən gün 17 nəfər aktiv koronavirus xəstəsi  saxlanıldı 15 Aprel 2021, 10:00 Zəngilan rayonunun Ağ oyuq qəsəbəsi - VİDEO 15 Aprel 2021, 09:58 Ölkə üzrə aprel ayının pensiyaları tam ÖDƏNİLDİ 15 Aprel 2021, 09:53