Arxiv
28 Fevral 2021, 17:40 | AKTUAL
Paşinyanın fraksiyası Prezidentə qarşı impiçment proseduruna başlayır

Ermənistan parlamentindəki hakim “Mənim addımım” fraksiyası tərəfindən Prezident Armen Sərkisyanın mümkün impiçment prosesi gündəmə gətirilməyə başlanıb.

 

Modern.az-ın “armeniasputnik.am” saytına istinadən verdiyi məlumata görə, hakim fraksiyanın deputatı Vaaqn Ovakimyan “Facebook” səhifəsində yazıb ki, buna səbəb Prezident Armen Sərkisyanın Baş nazir Nikol Paşinyanın Baş Qərargahın rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə sərəncam layihəsini imzalamaqdan imtina etməsidir. 

 

V.Ovakimyan nəzərə çatdırıb ki, Konstitusiyanın 139-cu maddəsinə əsasən, Prezident Baş nazirin sərəncam layihəsini etirazla geri qaytarmaq hüququna malikdir. İlk baxışdan da Baş Qərargah rəisinin vəzifəsindən azad edilməsi barədə sərəncam layihəsini də Prezident geri qaytararkən bu hüququndan istifadə edib: “Ancaq əslində məsələ belə deyil. Prezident özbaşına sərəncam layihəsini ona təklif edən orqana qaytara bilməz. Bu halda Baş nazir Konstitusiyanın 155-ci maddəsinə uyğun olaraq öz səlahiyyətləri çərçivəsində Baş Qərargah rəisini vəzifədən azad olunmasını təklif edib. Hətta insan ən emosional təxəyyüllə bu prosesdə Konstitusiyaya zidd element görə bilməz. Biz əslində Prezidentin səlahiyyətlərindən özbaşına istifadəni görürük. Prezidentin səlahiyyətlərindən özbaşına istifadə dövlət təhlükəsizliyini təhdid altınla qoya və stabilliyi poza bilər. Buna görə də Konstitusiyanın 141-ci maddəsinin kobud surətdə pozulduğunu nəzərə alaraq Prezidentin impiçment prosesinin başlanılması üçün aydın əsaslar var”.

 

Qeyd edək ki, fevralın 25-də Baş Qərargah N. Paşinyanın istefasını tələb etdikdən sonra Baş nazir Baş Qərargah rəisinin istefası ilə bağlı Prezidentə sərəncam layihəsi təqdim edib. N. Paşinyan Baş Qərargahın bəyanatını dövlət çevrilişinə cəhd adlandırıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə İraqda şəhid verdi 15 Aprel 2021, 01:00 Çempionlar Liqasında bütün yarımfinalçılar bilindi 15 Aprel 2021, 00:54 NATO qoşunları Əfqanıstandan çıxarılır 15 Aprel 2021, 00:50 ABŞ hərbi gəmilərini Qara dənizə göndərməkdən imtina etdi 15 Aprel 2021, 00:45 Azərbaycanlı boksçu ermənini dünya çempionatından kənarlaşdırdı 15 Aprel 2021, 00:38 Neft bahalaşdı 15 Aprel 2021, 00:22 Teledərslərin bu günə olan CƏDVƏLİ 15 Aprel 2021, 00:09 Rusiya Krıma nüvə silahı yerləşdirir? 14 Aprel 2021, 23:57 Lənkəranda piyadanı maşın vurub öldürdü 14 Aprel 2021, 23:43 Bakıda “Hyundai” sərnişin avtobusuna çırpıldı - xəsarət alan var - FOTO 14 Aprel 2021, 23:33 Əşrəf Qani Baydenlə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını müzakirə etdi 14 Aprel 2021, 23:24 Türkiyə Liviyaya 150 min doza peyvənd göndərdi 14 Aprel 2021, 23:10 Ter-Petrosyan koronavirusa yoluxdu 14 Aprel 2021, 22:56 Mehriban Əliyeva Tunarla bağlı tapşırıq verdi 14 Aprel 2021, 22:44 “Zəngəzur dəhlizi reallığa çevrilir” - İlham Əliyev 14 Aprel 2021, 22:35 Lukaşenko Azərbaycana vaksin təklif etdi 14 Aprel 2021, 22:24 Belarusla Azərbaycan arasında heç bir fikir ayrılığı yoxdur - Lukaşenko 14 Aprel 2021, 22:13 Minsk qrupundan kreativ ideyalar gözləyirik - Prezident 14 Aprel 2021, 22:07 Sülhməramlılar Kəlbəcərə yardım apardı - FOTO 14 Aprel 2021, 22:00 Biz hədəflərimizi çox dəqiq müəyyən etmişik - Prezident 14 Aprel 2021, 21:51 Yol polisi Balakəndə reyd keçirdi - FOTO 14 Aprel 2021, 21:46 Belarus bizim dostumuz, sınaqdan çıxmış tərəfdaşımızdır - İlham Əliyev 14 Aprel 2021, 21:40 Məhərrəm İncə xəstəxanaya yerləşdirildi 14 Aprel 2021, 21:37 İlham Əliyevlə Lukaşenko bəyanat VERDİLƏR 14 Aprel 2021, 21:30 Gəncə sakini əsəbiləşərək özü-özünü bıçaqladı 14 Aprel 2021, 21:22 “Traktor” Çempionlar Liqasına heç-heçə ilə başladı 14 Aprel 2021, 21:08 Türkiyədə gündəlik yoluxmada REKORD 14 Aprel 2021, 20:55 Peskovdan Putin-Bayden görüşü haqda: “Çox tezdir” 14 Aprel 2021, 20:41 “Draqi adlandırılan şəxs aramızdakı münasibətləri baltalayıb” - Ərdoğan 14 Aprel 2021, 20:27 Hərbi Qənimətlər Parkı və Cənubi Qafqaza yeni baxış... 14 Aprel 2021, 20:16 Bakıda məktəb müəllimi 40 yaşında koronavirusdan öldü - FOTO 14 Aprel 2021, 20:04 Türkiyənin sabiq baş naziri vəfat etdi 14 Aprel 2021, 19:40 Rəşad Nəbiyev ukraynalı nazirlə görüşüb 14 Aprel 2021, 19:30 Qarmon ifaçısı koronavirusdan dünyasını dəyişdi 14 Aprel 2021, 19:24 Sumqayıtda özünü dənizə atan şəxs xilas EDİLDİ 14 Aprel 2021, 19:17