Arxiv
1 mart 2021, 19:16 | AKTUAL
Azərbaycan Belarusla hərbi əməkdaşlığı müzakirə edib

Martın 1-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov ilə görüşüb.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Müdafiə naziri Azərbaycan ilə Belarus arasında əməkdaşlığın genişləndirilməsi sahəsində ona uğurlar arzulayıb. General-polkovnik Z.Həsənov Belarusun sabiq müdafiə nazirinin Azərbaycanda səfir təyin edilməsinin ölkələrimiz arasında qarşılıqlı faydalı hərbi və hərbi-texniki əməkdaşlığın daha da inkişaf etdirilməsinə təkan verəcəyinə əminliyini ifadə edib.

Müdafiə naziri Azərbaycanın Belarus ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edərək, hər iki ölkə arasında hərbi-texniki əməkdaşlığın daha da inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb.
Öz növbəsində, səfir ölkəmizdə diplomatik fəaliyyətə başlamasından məmnun olduğunu bildirib və Azərbaycan-Belarus münasibətlərinin, xüsusilə hərbi sahədə əlaqələrin inkişaf etdirilməsində səylərini əsirgəməyəcəyini qeyd edib.

 

Müxtəlif sahələrdə münasibətlərin genişləndiyini qeyd edən səfir bildirib ki, Belarus da Azərbaycan ilə hərbi sahədə ikitərəfli əlaqələrin inkişafında maraqlıdır və bunun üçün lazımi potensial mövcuddur.

Müzakirələr zamanı ikitərəfli hərbi əməkdaşlığın və hər iki ölkənin müdafiə nazirlikləri arasında qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyi qeyd edilib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gəncədə zəncirvari qəza - ölən və xəsarət alanlar var 23 Aprel 2021, 21:39 Bakı limanı özəl idarəetməyə verilə bilər 23 Aprel 2021, 21:25 Baydendən Ermənistan prezidenti barədə sensasiyalı açıqlama – VİDEO 23 Aprel 2021, 21:07 Güləşçimiz Avropa çempionatının finalına yüksəldi 23 Aprel 2021, 20:52 Erməni patriarx 1915-ci il hadisələrini siyasi alətə çevirməməyə çağırdı 23 Aprel 2021, 20:38 Moskvadan Bakıya gələn təyyarə Rusiyada təcili eniş etdi 23 Aprel 2021, 20:23 Müəllimlər koronavirusa yoluxdu, məktəb bağlandı 23 Aprel 2021, 20:09 Hikmət Hacıyev və Ukrayna Prezidenti Ofisinin rəhbərinin müavini ilə  məsləhətləşdilər 23 Aprel 2021, 20:00 Ünvanlı dövlət sosial yardımları ödənildi 23 Aprel 2021, 19:50 Lənkəran Dövlət Universitetinin yeni rektoru kimdir? - DOSYE 23 Aprel 2021, 19:41 Hüseynbala Mirələmovun YAP-dan çıxarılmasına bu şəxslər “HƏ” deyiblər - SİYAHI 23 Aprel 2021, 19:09 Naxçıvan Qarnizonu Qoşunlarında rabitə bölmələri ilə taktiki-xüsusi məşğələ keçirilib - VİDEO 23 Aprel 2021, 19:00 Qubada “Sadiq dost” açıldı 23 Aprel 2021, 18:52 Senat sədrinin fəlsəfəsi: respublikaçılıq yoxsa şovinizm?! 23 Aprel 2021, 18:45 Nazirlik acından ölən atlara yardım göstərdi - FOTOLAR 23 Aprel 2021, 18:38 Merkel Almaniya Bundestaqında dindirildi 23 Aprel 2021, 18:30 Ramazana məxsus ibadətlər hansılardır? - AÇIQLAMA 23 Aprel 2021, 18:21 İranla sərhəddə bu ərazinin təhlükəsizliyi Azərbaycana həvalə OLUNDU 23 Aprel 2021, 18:14 Qarabağda daha 5 erməni cəsədi tapıldı 23 Aprel 2021, 18:07 Əli Əsədov qərar imzaladı 23 Aprel 2021, 18:00 Aİ Azərbaycanda yeni layihənin icrasına başlayır 23 Aprel 2021, 17:56 Direktor vəzifəsinə işə qəbul üzrə müsahibələr mərhələli keçiriləcək 23 Aprel 2021, 17:52 Ağdamdakı erməni vəhşiliyi Fransa mətbuatında 23 Aprel 2021, 17:46 Koronaviruslu xəstədən rüşvət alan daha bir həkim TUTULDU 23 Aprel 2021, 17:40 Rusiyalı həkimlər Qarabağda erməniləri müalicə edirlər 23 Aprel 2021, 17:34 Prezident Universitetə rektor TƏYİN ETDİ - FOTO 23 Aprel 2021, 17:28 Yeni Səhiyyə naziri kimdir? - DOSYE 23 Aprel 2021, 17:23 Azərbaycanda 200-dək jurnalist peyvənd olunub 23 Aprel 2021, 17:20 Havadakı tozun miqdarı axşam saatlarında azalacaq 23 Aprel 2021, 17:18 Azərbaycanlı güləşçi erməni rəqibini məğlub etdi 23 Aprel 2021, 17:12 “İlin sonuna müştərilərimiz filiallarımızda əhəmiyyətli dəyişikliklər görəcəklər” 23 Aprel 2021, 17:06 Nar” məktəblilər üçün “Oxu Saatı” layihəsinə start verir 23 Aprel 2021, 17:00 İcra başçısı müşavirə keçirdi - FOTO 23 Aprel 2021, 16:54 Navalnı aclıq aksiyasını dayandırdı 23 Aprel 2021, 16:48 Səhiyyə nazirinin səlahiyyətləri bu şəxsə həvalə olundu 23 Aprel 2021, 16:43