Modern.az

Göyçayda ağır yol qəzası - 5 nəfər xəsarət aldı - FOTO

Göyçayda ağır yol qəzası - 5 nəfər xəsarət aldı - FOTO

3 Mart 2021, 00:49

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə bu gün axşam saat 22:30 radələrində Göyçay-Ucar yolunun Hüngütlü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

"VAZ 2107" və " VAZ 21099" markalı minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Zərbənin təsirindən avtomobillərindən biri yoldan çıxaraq su arxına düşüb.

 

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır (apa).

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi