Modern.az

Göyçay sakini dəm qazından boğuldu - FOTO

Göyçay sakini dəm qazından boğuldu - FOTO

Aktual

3 Mart 2021, 21:00

Göyçay rayonunda dəm qazından ölüm hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Göyçay şəhərinin Rəsul Rza küçəsi, 38 saylı mənzildə qeydə alınıb.

 

Belə ki, şəhər sakini, 37 yaşlı Emin Həsənov yaşadığı evin hamam otağında kustar üsulla quraşdırılan su qızıdırıcısının içəri buraxdığı dəm qazından zəhərlənib.

Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar