Modern.az

"Sabah" ilk oyunda "Hapoel"ə uduzub

"Sabah" ilk oyunda "Hapoel"ə uduzub

İdman

Bu gün, 01:00

"Sabah" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

Modern.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi İsrailin "Hapoel" (Beer-Şeva, İsrail) komandası ilə üz-üzə gəlib.

Rumıniyanın paytaxtı Buxarestdəki "Quleşti" stadionundakı qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 2:1.

6-cı dəqiqədə "Sabah"ın heyətində Velko Simiç hesabı açıb. İsrail klubunda 43-cü dəqiqədə Ceyvon İst, 79-cu dəqiqədə İqor Zlatanoviç fərqlənib.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Xəzərdə hərəkətə keçdi - Nə baş verir?