Modern.az

Doğumun ən yüksək və ən az olduğu RAYONLAR

Doğumun ən yüksək və ən az olduğu RAYONLAR

Ölkə

Bu gün, 08:00

2026-cı ilin ilk yarısında Azərbaycanda əhalinin hər 1000 nəfərinə 8 doğum düşüb.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ən yüksək doğum göstəricisi Qobustan rayonunda qeydə alınıb. Burada hər 1000 nəfərə 13,5 doğum düşüb.

Yardımlı rayonunda bu göstərici 13,1, Xocalıda 12,5, Astarada 12,1, Cəlilabadda 12, Kəlbəcərdə 11,4, Laçında 11, Qaradağ rayonunda isə 10,9 olub.

Ən aşağı doğum göstəricisi Xankəndi şəhərində qeydə alınıb. Burada əhalinin hər 1000 nəfərinə 3,7 doğum düşüb. Abşeron rayonunda göstərici 4,6, Pirallahı rayonunda 4,9, Ağdərədə 5,3, Naftalanda 5,4 olub.

İqtisadi rayonlar arasında doğum səviyyəsinə Dağlıq Şirvan iqtisadi rayonu liderlik edib. Bu iqtisadi rayonda hər 1000 nəfərə 10,1 doğum qeydə alınıb. Lənkəran-Astara və Şərqi Zəngəzur iqtisadi rayonlarında göstərici 9,9, Qarabağ iqtisadi rayonunda isə 9,7 təşkil edib.

Sizə yeni x var
Keçid et
Rusiya Xəzərdə hərəkətə keçdi - Nə baş verir?