Modern.az

"Qarabağ" bu gün pley-off oyununa çıxır

"Qarabağ" bu gün pley-off oyununa çıxır

İdman

Bu gün, 07:50

"Qarabağ" klubu bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununa çıxacaq.

Modern.az xəbər verir ki, komandamız Niderlandda "Tvente" ilə qarşılaşacaq. "De Qrolş Veste" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Matçı Albaniyadan olan hakimlər briqadası idarə edəcək.

Komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda  - Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq.

Konfrans Liqası, pley-off mərhələsi, ilk oyun

20 avqust

22:00. "Tvente" (Niderland) - "Qarabağ" (Azərbaycan)

Hakimlər: Cuxin Caca, Rejdi Avdo, Mario Shazivari, Emanuela Rusta (hamısı Albaniya)

VAR: Canluka Aureliano (Albaniya)

AVAR: Albert Doda (Albaniya)

"De Qrolş Veste", Enşede, Niderland.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Xəzərdə hərəkətə keçdi - Nə baş verir?