Modern.az

Xırdalanda 31 yaşlı kişi öldürülüb

Xırdalanda 31 yaşlı kişi öldürülüb

Hadisə

20 Avqust 2026, 01:35

Xırdalanda mübahisə zamanı kişi bıçaqlanaraq öldürülüb.

Modern.az Report-a istinadən xəbər verir ki, hadisə Yusif Məmmədəliyev küçəsində qeydə alınıb.

İlkin məlumata əsasən, 1995-ci il təvəllüdlü Abdullayev Rasif Rəhman oğlu mübahisə zamanı bıçaqlanıb. O, aldığı ağır xəsarətdən hadisə yerində ölüb.

R.Abdullayevə xəsarət yetirməkdə Ceyhun adlı şəxs şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrandan Bakıya hörmətsizlik - Bunu da etdilər