2026-cı ilin ilk altı ayında penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 4501 şəxsə birdəfəlik sosial müavinət təyin olunub.
Bu barədə Modern.az Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bir nəfərə düşən orta müavinət məbləği 1599,90 manat təşkil edib.
Qeyd edək ki, cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə dövlət tərəfindən sosial yardım məqsədilə minimum aylıq əməkhaqqının dörd misli məbləğində (1 600 manat) birdəfəlik müavinət verilir.
Belə ki, bu müavinət cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən 3 ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış vətəndaşlara şamil olunur.