Modern.az

YAP-ın qurultayı yekunlaşdı - Yeni İdarə Heyəti formalaşdı, Siyasi Şura ləğv olundu

YAP-ın qurultayı yekunlaşdı - Yeni İdarə Heyəti formalaşdı, Siyasi Şura ləğv olundu

Ölkə

5 Mart 2021, 13:00

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar çağırılan VII qurultayı başa çatıb.

Modern.az-ın məlumatına görə,  Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri  İlham Əliyev və Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyasının Sədrinin müavini Mehriban  Əliyeva Qurultayın işində iştirak ediblər.

Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda videoformatda geniş məruzə ilə çıxış edib.

Sonra Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində gördüyü işlər, qazanılmış uğurlar və qarşıda duran vəzifələrlə bağlı qurultay nümayəndələrinin çıxışları dinlənilib.  

Qurultayda yekun olaraq təşkilati məsələlər müzakirə edilib.

Qəbul edilmiş qərara əsasında Yeni Azərbaycan Partiyasının 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilib.

Qurultayda partiyanın Siyasi Şurası ləğv edilib. 

Qurultayda həmçinin, Azərbaycan Xalq Demokratik Partiyasının, Azərbaycan Kəndli Partiyasının, Milli Qurtuluş Partiyasının, Azərbaycan Yurddaş Partiyasının, Azərbaycan Milli Hərəkat Partiyasının və Azərbaycan Demoktatik Sahibkarlıq Partiyasının Yeni Azərbaycan Partiyasına birləşmək haqqında müraciətləri qəbul edilib.

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda videoformatda yekun nitqi ilə çıxış edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?