Modern.az

Avropa rus qazının alışını artırır

Avropa rus qazının alışını artırır

7 Mart 2021, 00:49

Avropa İttifaqı ölkələrində Rusiya qazının alışında kəskin artım müşahidə olunur.

 

Modern.az xəbər verir ki, bu barədə Macarıstanın iqtisadi onlayn nəşrləri məlumat yayıblar. Bunun şiddətli şaxtalar və qarla əlaqədar olub-olmaması barədə hələ ki, heç nə deyilmir.

 

Xüsusilə Fransa - 26,7 faiz, Yunanıstan - 27,3 faiz, Almaniya - 32,9 faiz, Polşa – 36 faiz, Serbiya - 52,2 faiz, Türkiyə - 52,9 faiz, Rumıniya - 54,5 faiz, Bolqarıstan - 56,5 faiz, İtaliya – 64 faiz qaz alışını artırıb. Macarıstan isə qaz tədarükünü demək olar ki, iki dəfəyə qaldırıb (keçən ilin göstəricilərinə nisbətən 85 faiz artıb).

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi