Arxiv
9 mart 2021, 13:23 | AKTUAL
BMU-da “Mobil Tətbiqlər və Oyun Dizaynı” adlı laboratoriya açıldı

 

Bakı Mühəndislik Universitetinin (BMU) tərəfdaş kimi iştirak etdiyi, Avropa İttifaqının maliyyələşdirdiyi və İsveçin Linkopinqs Universitetinin rəhbərliyi ilə icra olunan “Tərəfdaş universitetlərdə mobil tətbiqlər və oyun dizaynı magistr proqramlarının hazırlanması (MAGnUS)” adlı Erasmus+ KA2 layihəsi çərçivəsində “Mobil Tətbiqlər və Oyun Dizaynı” ixtisası üçün laboratoriya təşkil edilib. Artıq fəaliyyətə başlayan laboratoriyanın yaradılmasında məqsəd universitetin informasiya texnologiyaları və yaxın fənlərin tədrisi ilə məşğul olan müəllimlərin, eləcə də BMU-da bu sahədə təhsil alan tələbələrin bilik və bacarıqlarının artırılmasıdır. Bununla yanaşı, Bolonya prinsiplərinə uyğun, müasir tələblərə cavab verən “Mobil tətbiqlər və oyun dizaynı” magistr proqramını hazırlamaqla İnformasiya Texnologiyaları (İT) tədrisinin keyfiyyətini yaxşılaşdırmaq və İT məzunlarının məşğulluğunun artırılmasına dəstək olmaq əsas məqsədlərdən biridir.

 

Laboratoriyanın təşkilində BMU-nun Kompüter və informasiya texnologiyaları kafedrasının müdiri, dosent Babək Abbasovun rəhbərliyi ilə kafedranın əməkdaşları da fəal iştirak edib. 

 

Müasir tələblərə cavab verən avadanlıqlara malik laboratoriya, eyni zamanda mobil tətbiqlərin hazırlanması üçün lazımlı tətbiqi proqram paketləri və emulyatorlarla təchiz edilib. 

 

3D oyun tətbiqlərinin dizaynı, test edilməsi üçün xüsusi video kart və digər xüsusiyyətlərə malik kompüterlərin tələb edilməsi nəzərə alınaraq, laboratoriyanın istifadə istiqamətləri oyun, qrafika olan yüksək xarakteristikalara malik müasir kompüterlərlə təchizatı həyata keçirilib.  Virtual reallıq (VR) və artırılmış reallıq (AR) mühitləri üçün tərtib edilmiş tətbiqlərin test edilməsi məqsədilə laboratoriyada uyğun VR avadanlığı da mövcuddur.

 

Mobil tətbiqlərin hazırlanması ixtisaslaşmasının tədris proqramına baza fənlərindən başqa proqrama mobil tətbiqlər üçün istifadəçi interfeyslərinin hazırlanması (UI/UX dizayn), mobil tətbiqlərin dizaynı və hazırlanması, çoxlu mühitlərdə işləyən tətbiqlərin hazırlanması və s. belə fənlər daxil edilib. 

 

Oyun dizaynı ixtisaslaşmasının tədris proqramında isə baza fənlərindən əlavə android, ios mühitləri üçün oyun tətbiqlərin dizaynı və hazırlanması, oyun tətbiqləri üçün interfeyslərin hazırlanması (UI/UX dizayn), oyun assetlərinin hazırlanması və s. bu kimi fənlər yer alıb.

 

Laboratoriya BMU-nun tələbə və müəllimlərindən əlavə “Mobil Tətbiqlər və Oyun Dizaynı” ilə maraqlanan şəxslər üçün müxtəlif məzmunlu təlimlər də təşkil etməyə hazırdır. Laboratoriyanın nəzdində təşkil olunacaq müxtəlif məzmunlu təlim və seminarların keçirilməsinə BMU-nun peşəkar, İKT sahəsində təcrübəli müəllimləri cəlb edilib.

 

Cari ildə BMU-nun nəzdində sözügedən laboratoriyadan başqa digər Erasmus+ KA2 layihələr çərçivəsində laboratoriyaların da təşkili nəzərdə tutulub ki, bu istiqamətdə universitetin Beynəlxalq əlaqələr üzrə prorektorluğu tərəfindən işlər aparılmaqdadır.

 

İcra müddəti 2019-2021-ci illəri əhatə edən “MAGNUS” layihəsi haqqında daha ətraflı məlumatı https://magnus2020.org/ linkindən əldə etmək mümkündür.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əgər qazancın 25%-dən çoxu ərzağa xərclənirsə... - Yoxsulluqla bağlı hökumətə TƏKLİF 15 Aprel 2021, 12:10 “Ermənistan nə özünə, nə də tarixinə güvənir” - Çavuşoğlu 15 Aprel 2021, 12:05 Müdafiə Nazirliyi nəhəng soyuducu kameradan videogörüntülər YAYDI 15 Aprel 2021, 12:00 Diplomatlar peyvənd oluna bilmir? - Xarici İşlər Nazirliyi məsələyə AYDINLIQ GƏTİRDİ 15 Aprel 2021, 11:55 “Türk Hava Yolları” Rusiyaya uçuşları dayandırdı 15 Aprel 2021, 11:50 İki mindən artıq koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanıb - Nazirlik 15 Aprel 2021, 11:44 Zərifə Əliyevanın anım günüdür 15 Aprel 2021, 11:38 Mərkəzi Seçki Komissiyasının səlahiyyəti bitdi 15 Aprel 2021, 11:32 “Osmanqızı TV” Tofiq Yaqublu ilə Əli Kərimlinin münasibətlərini pozub - İDDİA 15 Aprel 2021, 11:30 İtaliyalı deputatlar Gəncədə olublar 15 Aprel 2021, 11:28 Ermənistanda 6 hərbçini maşın vurdu – 2 ölü, 4 yaralı 15 Aprel 2021, 11:25 Yol polisi bir həftədə 19 şəhər və rayonda reydlər keçirib - sürücü və piyadalar cərimələnib 15 Aprel 2021, 11:23 Bəyanatların arxasında həm də xalqımızın iradəsi dayanır 15 Aprel 2021, 11:19 Ölkəmiz IV Dünya Etnospor Konfederasiyasının Forumunda iştirak edib 15 Aprel 2021, 11:15 “Azərenerji” “Yaşma” yarımstansiyasını yenidən qurur - VİDEO 15 Aprel 2021, 11:10 Azərbaycanda ata-oğul BIÇAQLANDI 15 Aprel 2021, 11:07 Azərbaycan hərbi təxribatlara hazır olmalıdır - ŞƏRH 15 Aprel 2021, 11:02 Goranboylular Vətən Müharibəsi qəhrəmanını belə qarşıladılar   15 Aprel 2021, 10:59 Saatlıda yas mərasiminə gedənlər cərimə ödəməli oldular 15 Aprel 2021, 10:56 Azərbaycanda yeni pambıq sortları yaradılacaq 15 Aprel 2021, 10:50 Laçının hansı kəndləri rusların nəzarətindədir? 15 Aprel 2021, 10:45 Qərbi Kaspi Universiteti Avropa İttifaqının tədbirində iştirak etdi 15 Aprel 2021, 10:40 “Azəriqaz” payız-qış mövsümünə hazırlıq işlərinə start verdi 15 Aprel 2021, 10:36 Bakıda iki müəllimin koronavirusdan öldüyü TƏSDİQLƏNDİ - FOTOLAR 15 Aprel 2021, 10:31 Lukaşenko Azərbaycandan nə “qoparmaq” istəyir? 15 Aprel 2021, 10:26 Tənha qadının evinə basqın edən şəxslər SAXLANILDI 15 Aprel 2021, 10:21 Cəlilabadda ata öldürüldü - oğlu yaralandı 15 Aprel 2021, 10:16 Azərbaycan nefti bahalaşdı 15 Aprel 2021, 10:10 Karantində kökələn sənətçi: “Ali təhsilli aktrisa var ki, ali təhsilsiz ondan bacarıqlıdır” - MÜSAHİBƏ 15 Aprel 2021, 10:07 Ucarda ər arvadını ÖLDÜRDÜ 15 Aprel 2021, 10:03 Ötən gün 17 nəfər aktiv koronavirus xəstəsi  saxlanıldı 15 Aprel 2021, 10:00 Zəngilan rayonunun Ağ oyuq qəsəbəsi - VİDEO 15 Aprel 2021, 09:58 Ölkə üzrə aprel ayının pensiyaları tam ÖDƏNİLDİ 15 Aprel 2021, 09:53 Kriminal avtoritet Əli Heydərovun qatili bacısını da öldürüb, yeznəsinin qulağını kəsib 15 Aprel 2021, 09:50 Azərbaycanın qələbəsi regional əməkdaşlığın yeni mərhələsinə keçidi şərtləndirib 15 Aprel 2021, 09:44