Modern.az

İlham Şabanov necə İlham Şaban oldu...

İlham Şabanov necə İlham Şaban oldu...

Media

22 Mart 2021, 18:58

22 mart tarixi keçmiuş jurnalist, hazırda neft sahəsi üzrə tanınmış ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın doğum günüdür.


Modern.az
-ın məlumatına görə, İlham Şaban 1967-cı ildə anadan olub. 1984-1991-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının Avtomatika fakültəsində təhsil alıb.

Gerisini gəlin, onun özündən eşidək...

“1984-cü ildə Azərbaycan Neft və Kimya İnstituna daxil olmuşam, 1991-ci ildə artıq Azərbaycan Sənaye Universitetinin diplomu ilə oranı bitirmişəm, İnstitutdan sonra təyinatımı indiki SOCAR Tower-in yerində fəaliyyət göstərən “Ulduz” İstehsalat birliyinə elektron plataların layihələndirilməsi üzrə mühəndis vəzifəsinə almışam (gecələr isə “Azneft”də işləyirdim).

13 sentyabr 1992-ci ildə SOCAR-ı “qundaqda” görənlərdən olmuşam (həmin gün “Azneft”in baş qərargahında növbədə idim), sonra “Gülüstan” sarayında “Əsrin müqaviləsi”nin imzalanma mərasiminin canlı şahidləri ilə o günün sevincini yaşamışam. Daha sonra SOCAR-ın o vaxtkı 1-ci vitse-prezidenti İlham Əliyevdən açıqlama alıb, həmin şərhi “Reuters” agentliyinə dollara satmışam. Ardınca “Turan” Agentliyindən transfer təklifi almışam, 1 oktyabr 1997-ci ildə “Turan-Energy”ni işə salmışam. 1 il sonra onun yaşını ölkənin enerji sektoru ilə elə qeyd etmişəm (təşkilatçı Bakı Press Klub olub) ki, o pozitiv enerji bu gün də dozasını itirməyib.. və 2003-cü ildən sadəcə neft ekspertiyəm...”.


Bəs İlham Şabanov necə İlham Şaban oldu?

“Mənə ilk dəfə soyadımla 2-ci sinifdən müraciət etməyə başlayıblar. Sinifdə iki İlham olduğu üçün. O, Əliyev idi, sinif jurnalında adı birinci gəlirdi, ona görə də İlham deyəndə onu nəzərdə tuturdular, mən isə sonuncu idim - müəllimlər ancaq soyadımla çağırırdılar. Oğlan sinif yoldaşlarım isə Şaban. Başqa sinifdəkilər soruşanda hansı İlham? Deyərdilər ki, İlham Şaban...

İlk dəfə İlham Şaban imzası ilə 1989-cu ildə “Yeni Fikir” qəzetində kiçik bir yazım çap olunub. İkinci yazımı da həmin il Çingiz Firudinoğlu jurnalda dərc etmişdi. Sonra 90-lardan bu imza tez tez görünməyə başladı”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır