Modern.az

Vaqifin Şuşadakı məqbərəsi nə vaxt hazır olacaq? - Nazir açıqladı

Vaqifin Şuşadakı məqbərəsi nə vaxt hazır olacaq? - Nazir açıqladı

Mədəni̇yyət

31 Mart 2021, 15:13

“Xarı bülbül” festivalının keçirilməsi ilə bağlı işlər aparılır. Bu festivalın keçirilməsi nəzərdə tutulub. Bu il biz bu festivalı Şuşada keçirəcəyik”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Azərbaycanın mədəniyyət naziri Anar Kərimov deyib.

 

Onun sözlərinə görə, Molla Pənah Vaqifin Şuşadakı məqbərəsi erməni vəhşiləri tərəfindən dağıdılıb:

 

"1982-ci ildə həmin məqbərənin ulu öndər Heydər Əliyev tərəfindən açılışı olmuşdu. O, çox gözəl memarlıq abidəsi idi. Ancaq təəssüflər olsun ki, erməni işğalçıları tərəfindən həmin abidə demək olar ki, dağıdılıb. Prezidentin tapşırığı ilə onun bərpasına başlanılıb. Ümid edirəm ki, bərpa işləri bu ilin yayında başa çatacaq. Biz Molla Pənah Vaqifin poeziya günlərini Şuşada keçirəndə abidə hazır olacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir