Modern.az

Əmanətlərin sığortalanması ilə bağlı YENİLİK

Əmanətlərin sığortalanması ilə bağlı YENİLİK

6 Aprel 2021, 13:00

“Əmanətlərin sığortalanması haqqında” qanun yeni dəyişikliklərlə qüvvəyə minir. Belə ki, bu gündən fiziki şəxslərin bankda olan 100 min manatadək olan əmanətləri sığortalanacaq, milli valyutada olan əmanətlər üzrə qorunan dividend faiz dərəcəsi 12, xarici valyutada isə 2.5 faizdir.

Bu barədə Modern.az-a danışan deputat Vüqar Bayramov bildirib ki, əmanətçinin bankda olan depozitinin məbləği 100 min manatdan azdırsa, o vəsait tam olaraq sığortalanmış sayılır:

“Bank müflis olan zaman isə həmin depozit tam olaraq ödənilir. Bu zaman sığortalanan faiz dərəcələri də nəzərə alınır.
Bu baxımdan, əgər vətəndaşın pulu 100 min manatdan çoxdursa, o zaman depoziti bölərək ailə üzvlərinin adına yerləşdirməsi və ya bir neçə bankda yerləşdirməsi məqsədəuyğun olar. Digər tərəfdən isə, yüksək dividend faizinə aldanıb depozit yerləşdirmək də riskli hesab olunur. Belə ki, əgər məbləğ 100 min manatdan az olsa belə, dividend faizi 12 faizdən çoxdursa, məsələn 13 faizdirsə, o zaman həmin əmanət qorunmayan hesab olunur. Bank müflis olan zaman həmin vəsait qorunan əmanət kimi geri qaytarılmır. Bu baxımdan, əmanətçinin qorunan dividend faizini də nəzərə alması çox vacibdir”.


Deputat qeyd edib ki, ölkədə fəaliyyətdə olan banklarda əmanət sahiblərinin 99,8 faizinin depozitləri 100 min manata qədərdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır