Arxiv
7 Aprel 2021, 09:12 | TƏHSİL
Bakıda 9 bağça koronavirusa görə BAĞLANIB

Hazırda Bakı şəhərindəki bütün dövlət uşaq bağçaları Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və təlimatlarına uyğun mövcud vəziyyət nəzərə alınmaqla və  müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə fəaliyyət göstərir.


Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) Modern.az-a verilən məlumatda bildirilib.


Rəsmi məlumata görə, bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən müvafiq tədbirlər həyata keçirilir:


"Bağçalar tibbi maskalar, əlcəklər, hərarət ölçən aparatlar, dezinfeksiya məhlulları ilə tam təmin edilib. Otaqların havalandırılması və təlimata uyğun dezinfeksiyası üçün tədbirlər həyata keçirilir. Mətbəx və sanitariya qovşaqlarına diqqət artırılıb, burada mütəmadi dezinfeksiya işləri aparılır.


Hər bir bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulub. Hər gün bağçaya gələn işçi heyəti və uşaqların temperaturu ölçülür, tərbiyəçilər tez-tez valideynlərlə əlaqə saxlayırlar. Həftə sonu bütün bağçalarda tam dezinfeksiya işləri aparılır".


Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov bildirib ki, bu gün Bakı Şəhər İcra Hakimiyyəti Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin tabeliyində 348 məktəbəqədər təhsil müəsisəsi var:


"Hazırda onların 330-u fəaliyyət göstərir. Yalnız 9 bağça koronavirusla səbəbilə bağlıdır.
Qeyd edilməlidir ki, son 9 il ərzində 169 məktəbəqədər təhsil müəssisəində əsaslı təmir, yenidənqurma və sökülərək yenidən tikinti işləri həyata keçirilib. 19 bağça sökülərək yenidən tikilib, 6  bağçanın həyətində yeni tədris korpusu inşa edilib, 7 yeni müəssisə yaradılıb.

Bu məktəbəqədər təhsil müəssisələrində 2177 qrupda 41074 uşaq təlim–tərbiyə alır və  orada ümumilikdə 11781 nəfər əməkdaş fəaliyyət göstərir ki, onlardan 4578 nəfəri  bu günə vaksinasiya prosesindən keçib və qısa müddət ərzində bütün işçilərin vaksinasiyası başa çatdırılacaq".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Mançester Siti" Avropa Super Liqasını tərk edir 21 Aprel 2021, 00:59 ABŞ Dövlət Departamenti Rusiyanı təcavüzkar adlandırdı 21 Aprel 2021, 00:43 Paşinyan təcili Zəngəzura GETDİ 21 Aprel 2021, 00:30 Bakının mərkəzində yanğın 21 Aprel 2021, 00:15 Zelenski Putini Donbasda görüşə çağırdı 21 Aprel 2021, 00:07 “ABŞ prezidenti “erməni soyqırımı” deməməlidir” - Çavuşoğlu   20 Aprel 2021, 23:58 “Mançester Yunayted”in prezidenti istefa verdi 20 Aprel 2021, 23:53 Avropa Super Liqası ləğv olundu? 20 Aprel 2021, 23:42 Rusiya MN-dən Xudavəng AÇIQLAMASI 20 Aprel 2021, 23:27 Litvada naməlum koronavirus mutasiyası tapıldı 20 Aprel 2021, 23:11 Türkiyədə virusdan ölüm sayında yeni REKORD 20 Aprel 2021, 22:59 Samuxda yas mərasimi keçirmək istəyən şəxslər saxlanıldı 20 Aprel 2021, 22:45 İngiltərənin 2 klubu Avropa Super Liqasını tərk edəcək? 20 Aprel 2021, 22:39 Əli Əsədov Rusiyaya dəvət olundu 20 Aprel 2021, 22:25 Daşkəsəndə ağır qəza - xəsarət alanlar var 20 Aprel 2021, 22:11 İlham Əliyev Hacıqabul Sənaye Məhəlləsinin açılışını etdi - YENİLƏNİB 20 Aprel 2021, 21:59 Turan Bayramov Avropa ikincisi oldu 20 Aprel 2021, 21:49 Prezident "Qarasu" yarımstansiyasının açılışında - YENİLƏNİB 20 Aprel 2021, 21:41 Zəngilanda hava limanı tikiləcək   20 Aprel 2021, 21:35 Azərbaycan xalqı Zəngəzura qayıdacaq - Prezident 20 Aprel 2021, 21:21 Boksçumuz dünya üçüncüsü oldu 20 Aprel 2021, 21:08 “Bizi bunda ittiham edənin gərək bir faiz vicdanı olsun” – İlham Əliyev 20 Aprel 2021, 20:55 Votsapda daha bir dələduzluq - diqqətli olun 20 Aprel 2021, 20:38 UEFA-dan Avropa Super Liqası ilə bağlı bəyanat 20 Aprel 2021, 20:27 “Mina xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir” – Prezident 20 Aprel 2021, 20:20 İlham Əliyev: “Azərbaycan xalqına hər şeyi olduğu kimi deməliyəm” – MÜSAHİBƏ 20 Aprel 2021, 20:10 Azərbaycan Türkiyədən 20 milyon dollarlıq avtomobil idxal edib 20 Aprel 2021, 20:06 Avropa Şurasının Baş katibi Qarabağ bəyanatından DANIŞDI 20 Aprel 2021, 19:55 Əlillik dərəcəsi təyinatından narazı qalan qazimizə ev və maşın veriləcək 20 Aprel 2021, 19:48 Bu məhsulların ölkəyə idxalına məhdudiyyət qoyuldu 20 Aprel 2021, 19:40 Abonent qaz xəttinə müdaxilə etmək üçün bu üsula əl atdı - VİDEO 20 Aprel 2021, 19:32 Goranboyda mərasim iştirakçıları məsuliyyətə cəlb olundu 20 Aprel 2021, 19:25 Nazirlər Kabinetinin sosial müavinətlərlə bağlı qərarlarında dəyişiklik etdi 20 Aprel 2021, 19:17 Yeniyetmə su kanalında batdı 20 Aprel 2021, 19:08 Paşinyan:Heç təsəvvür edirsinizmi ki, Azərbaycanla yolların açılması bizə hansı xeyri verəcək?” 20 Aprel 2021, 19:00