Modern.az

Atası Səlim Müslümovla görüş üçün Bakıya GƏLDİ

Atası Səlim Müslümovla görüş üçün Bakıya GƏLDİ

Hadisə

7 Aprel 2021, 13:30

Hazırda həbsdə olan sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun atası Yanvar Müslümov Bakıdadır. Onun hazırda həbsdə olan oğlu ilə görüşə gəldiyi bildirilir.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Y.Müslümov Bakıda olduğunu təsdiqləyib.

Deyilənlərin əksinə, o, Bakıya müalicə üçün gəldiyini deyib:

 

“Mən keçən dəfə də bildirdim ki, böyrəklərimdə problem yaranıb. Bir müddət rayonda müalicə aldım, sonra həkimlər əməliyyat məsləhət gördü. Ona görə Bakıdakı xəstəxanadayam”. 

 

Y.Müslümov hazırda həbsdə olan oğlu ilə görüşmədiyini vurğulayıb:

 

“Ümumiyyətlə, mən o məsələlərə qarışmıram, sadəcə bilirəm ki, yaxşıdır. Başım özümə, öz səhhətimə qarışıb”.

 

Dövlət Təhülkəsizliyi Xidmətinin (DTX) yaydığı məlumata görə, Səlim Müslümov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Səlim Müslümov 1995-ci ildən bəri yüksək vəzifələr tutub. Belə ki, o, 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. 2000-ci ilin martında Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edilib. 2002-ci ilin 17 dekabrında Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə gətirilib. 2013-cü ildən 2018-ci ilin 21 aprelinə kimi isə əmək və əhalinin sosial müdafiəsi naziri işləyib. 2018-ci ilin sentyarında Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasında müdir vəzifəsinə təyin olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu