Modern.az

Moldova saytı Şuşaya atılan “İsgəndər-M”dən yazdı 

Moldova saytı Şuşaya atılan “İsgəndər-M”dən yazdı 

7 Aprel 2021, 21:08

Moldovanın tanınmış noi.md informasiya portalında Şuşa şəhərində aşkarlanan “İsgəndər-M” raketinin qalıqları haqqında məqalə dərc edilib. Məqalə “Ermənistan Dağlıq Qarabağda istifadə olunan şübhəli "İsgəndər"i haradan əldə edib?” adlanır.  

 

Modern.az məqalənin tərcüməsini təqdim edir: 

 

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Hərbi Əks Kəşfiyyat Departamenti Ermənistanın şübhəli "İsgəndər" raket sistemlərinin görünüşü və onların Dağlıq Qarabağda istifadəsi ilə bağlı istintaq başladıb. Azərbaycan dəfələrlə ən yüksək səviyyədə qaçaqmalçılıq yolu ilə Ermənistan tərəfinin silah tədarükü etdiyini elan etmiş və qaçaq silah təchizatı sxemlərində iştirak edənlərə qarşı sərt tədbirlər görülməsini tələb etmişdir. 

 

Xatırladaq ki, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən martın 15-də minaların təmizlənməsi zamanı Şuşa şəhərində tapılan iki "İsgəndər" raketinin parçalarını Bakıda təqdim edilib. Ermənistan bu raketlərin istifadəsini rədd etsədə, lakin tapıntılar bunun əksini göstərir.

 

"Raket qalıqları  bir-birindən 780 metr aralıqda idi. Son istintaq, Şuşa şəhəri istiqamətində İskəndər-M raketinin atıldığını göstərir", - deyə ANAMA-nın operativ qərargahının rəisi İdris İsmayılov bildirib.

 

Eyni zamanda, fevral ayının sonunda Rusiya Müdafiə Nazirliyi, Dağlıq Qarabağdakı münaqişə zamanı İskəndər raket sistemlərindən heç birinin istifadə edilmədiyini bildirmişdi. Nazirlik raketlərin bütün sursat ehtiyatlarının Ermənistan Silahlı Qüvvələrinin anbarlarında olduğunu vurğulamışdı. 

 

Ehtimal olunurdu ki, Ermənistana "İsgəndər"in ixrac versiyası, yəni "İsgəndər-E" modifikasiyası çatdırılmışdır.  Çünki "İsgəndər -M" raketlərinin qoyulan hədəfi 500 km məsafədə məhv etdiyini nəzərə alaraq, bu raketlərin beynəlxalq satışa çıxarılması - beynəlxalq öhdəliklərin pozulması deməkdir. Eyni zamanda, açıqlanan məlumatlara görə, partladılan raketlərin tapılan qalıqları məhz "İsgəndər"in "uzaq məsafəli" versiyasıdır. 

 

Kremlin sözçüsü, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, vəziyyəti şərh edərkən, parçaları Şuşada tapılan "İsgəndər" raketinin haradan gələ biləcəyinə dair heç bir məlumatının olmadığını söyləyib. 

 

Maraqlıdır ki, erməni tərəfi "İsgəndər" raketindən istifadə etdiyini gizlətmirdi. Ermənistanın Baş naziri Nikol Paşinyan müsahibəsində Dağlıq Qarabağdakı müharibə zamanı "İsgəndər"dən istifadə edildiyini və onun partlamadığını və ya 10% -nin partladığını söyləmişdir. Doğrudur, sonradan Baş nazirin mətbuat katibi ona yalnış məlumat verildiyini və bu açıqlamanı təkzib etmişdi. Ölkənin keçmiş prezidenti Serj Sarkisyan da bir müsahibəsində erməni hərbçilərinin döyüş əməliyyatlarının başlanğıcında İskəndərdən istifadə edə biləcəyindən söz açmışdı. Ermənistan Müdafiə Nazirliyinin keçmiş hərbi müfəttişi Movses Hakobyan da "İsgəndər" raketlərindən istifadə edildiyini açıqlamışdı.

 

Azərbaycan tərəfi Ermənistan ordusunda  "İsgəndər" raketlərinin olduğunu bilirdi. 2016-cı ildə "İsgəndər" Yerevandakı hərbi paradda nümayiş olunmuşdu və daha sonra rəsmi məlumata görə bu silahın Rusiya tərəfindən təmin edildiyi bildirilmişdir. Raketin KTMT çərçivəsində silah tədarükünə dair müqavilələr əsasında Ermənistana verildiyi qeyd edilmişdir.

 

Bununla yanaşı, Şuşada tapılan raket qalıqları, onların Rusiya ordusunda xidmətdə olan və yuxarıda qeyd edildiyi kimi ixracı beynəlxalq müqavilələrlə qadağan olunan "İsgəndər-M" raket sistemindən atıldıqlarını göstərir. Ermənistan ordusunun raketdən istifadəsi heç bir şəkildə beynəlxalq müqavilələrə uyğun ola bilməz.

 

Eyni zamanda, tapılan raketlərin qəlpələri onların ya Ermənistan ərazisindən, ya da Ermənistan ordusunun nəzarətində olan Qarabağ ərazilərindən atıldığını göstərir. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Hərbi Əks Kəşfiyyat Departamenti artıq Ermənistanda şübhəli "İsgəndər" raketlərinin meydana çıxması və onların Dağlıq Qarabağda istifadəsi ilə bağlı istintaqa başlayıb.

 

Azərbaycan isə dəfələrlə ən yüksək səviyyədə qaçaqmalçılıq yolu ilə Ermənistan tərəfinə silah tədarük edildiyini elan edib. Bunu Azərbaycan Prezidenti İlham Əliyev də bəyan edib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir